09:50 10 May 2018
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

 

 

Açar sözlər-milli düşüncə tərzi,uşaq mətnuatı nümayəndəsi,tərcümə ustası,AXC-nin Parlament üzvü,maarif təşkilatçısı,ilk ali təhsilli üç pedaqoqdan biri,Şamaxı Məclis Məktəbi,S.Ə.Şirvaninin şagirdi,M.Ə.Sabirin şadird joldaşı,Həbib bəy Mahmudbəyovun  tələbə dostu

Söhbəti elə təvəllüddən başlayırıq.Bu da səbəbsiz deyil.Mənbələrdə XIX əsrin  tanınmış adamların təvəllüdündə  bir sıra hallarda yanlışlığa təsadüf olunur.Əslində bu,təsadüf  yox,bəlkə də balideynin övladı qarşısında özünün başa düşdüyü şəkildə  faktları qəsdən dolaşdırmaq məqsədi daşıyırdı.Məsələn,M.F.Axundzadənin təvəllüdü bir sənəddə 1811-ci il kimi  qeyd olunmuş, hətta 1911-ci ildə Tiflisdə ona təmtəraqlı 100 -illik  yubiley tədbirləri keçirilmış,  F.Köçərlinin  yubiley geçəsindəki məruzəsi  rus dilində kitabça şəklində çap edilərək oxuculara çatdrılmışdır. S.M.Qənizadə bu çəhətdən  ildə  keçirilə biləcəyi ad gününə görə daha  maraqlı görünür.Professor X.Məmmədovunn yazdığına görə,  bir sənəddə  onun  1879-cu ildə -16 yaçında olduğu göstərilsə  də, digər  sənəddə  isə   təvəllüdü 1865-ci il kimi  təqdim edilir..Başqa  sənədlərdə isə  onun təvəllüd tarixi  gah 1867, gah da 1864-cü il imi göstərilir.

Bizə elə gəlir ki ,bu təvəllüd tarixlərindən ən mötəbəri S.M.Qənozadənin 1879-cu il mayın 19 -da A.O.Çernyayevskinin Zaqafqaziya Müəllimlər Seminariyasına  Şamaxıya Tələbə qəbuluna  gəldiyi gün  ona şamaxılı uşaqlar haqqında verilən siyahıdakı təvəllüd tarixidir (X.M-11).Amma hər halda bu faktın hamı tərəfindən qəbul ediləcəyi günə qədər S.M.Qənizadənin təvəllüd tarixini 1866-cı il kimi qəbul etməyə məçburuq.

 Yeri gəmişkən qeyd edək  ki,A.O.Çernyayevski  nə qədər təbliğat aparsa da,1879-cu ilin sentyabrında Şamaxıdan Tiflisə, oradan da Qoriyə həmin il oxumağa  yazılanlardan  yalnız beş nəfəri-Mahmud bəy Mahmudbəyov,Mahmud Haşımbəyov,İsgəndər Əlibəyov,Mustafa Əfəndiyev və Məmməd Əfəndiyev   sentyabrın 12-də Şamaxıdan Qoriyə yola salınmışdır. Bir nəfər Bakı Real Məktəbinə qəbul olunduğu üçün Qoriyə getməkdən imtina etmişdir.   3 nəfər isə son anda  öz təhsillrini  gələcəkdə Aleksandrovski Müəllimlər İnstitutunda  davam etdirmək məqsədilə Şamaxı şərərindəki rus dilli məktəbə daxil olmuş, bir  neçə ildən sonra -1883-cü  ildə Tiflisə yola düşmüşdür. Bu üç nəfərdən biri sonralar-1905-1908-ci illərdə  Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasının inspektoru-müfəttişi işləyən  Sultan Məcid  Hacı Murtuzəli oğlu Qənizadə idi.

Ümumiyyətlə, Qori Müəllimlər Seminariyası Azərbaycan ictimai-fikir tarixində,  milli ədəniyyat və musiqimizin inkişafında, uşaq pedaqoji mətbuatınızın təşəkkülündə,Azərbaycan Xalq Cümhuriyyətinin sayılıb,seçilən kadrlarının   yetşməsində  əhəmiyyətli rol oynamışdır. Bu cəhtdən AXC-nin 100 illik yubileyinə hazırlaşdığımız bu günlərdə F.Köçərli, N.Nərimanov, Ü.Hacıbəyov, Mustafa Mahmudov, F.Ağazadə, Ə.Pepinov  və başqa ideoloji kadrların  ömür səhifələrinin Qori dövrü yada düşür. Adı  tarixdə ən çox  Qori Müəllimlər Seminariyası kimi  yadda qalan Zaqagqaziya Müəllimlər Seminariyasının rus bölməsi  1875-ci ildə  Qori şəhərində yaradılmşdır.Seminariynın əsas məqsədi kənd ibtidai məktəbləri üçün müəllim kadrları yetişdirmək idi. Seminariyanın Azərbaycan bölməsinin ilk dərsləri  1879-cu il sentyabrın 15-də keçirilmişdir Zaqafqaziya Müəllimlər Seminariyası  1918-ci iıin may ayında Qoridən Qazaxa köçürülmüşdür.  Zaqafqaziya  Müəllimlər Seminariyasının  1918-ci ildə   Azərbaycan bölməsi  Azərbaycan  Xalq Cümhuriyyətinin maliyyə vəsaiti hesabına Qazax şəhərinə köçürülür və sovet hakimiyyəti qurulduqdan sonra 1940-cı illərə qədər Qazax Pedaqoji Texnikumu adı ilə fəaliyyət göstərir. Bu tədris ocağının Qazax şəhərinə köcürülməsində görkəmli maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firidun bəy Köçərlinin çox böyük xidmətləri olmuşdur. Qazax Seminariyasının yetirmələri - Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn,Seyfulla Şamilov, İsmayıl Şıxlı və başqaları ədəbiyyat tariximizdə adları şərəflə çəkilən söz ustalarındandır.  Qori Seminariyasının Azərbaycan şöbəsinin bazasında Müstəqil Qazax Seminariyasının təntənəli açılışı olur. Açılışda Qazaxda yerləşən türk ordusunun komandanı Səbri bəy, Türk Qarnizonunun rəisi Camal bəy, Qazaxın rəisi H. Şıxlınski və yerli hökumətin məmurları iştirak edirdilər. Bundan başqa, Cəbrayıldan, Şamaxıdan, Ağdamdan, Göyçaydan, Naxçıvandan, Zaqataladan və başqa rayonlardan da şagirdlər gəlib, burada təhsil alırdılar.

Böyük maarifçi və ictimai xadim Firudin bəy Köçərli seminariyaya başçılıq etməklə yanaşı, Qazaxda yüzlərlə qız uşağının savad əldə etməsi üçün savad  kursları da  açmışdır. O,Qazaxda  qaçqınlara yardım fondu  da yaratməşdı.  Lakin 1920-ci ildə Firudin bəy Köçərlinin düşmənin   fitnəsi və  məkrli hiyləsi nəticəsində  qətlə yetirilir. F.Köçərlidən  sonra seminariyaya xalq yazıçısı Mehdi Hüseynin atası Əli Hüseynov rəhbərlik edir.

Qazax Seminariyasının fəaliyyəti Azərbaycanda təhsilin, maarifin inkişafına böyük təkan verdi. Görülən təcili tədbirlər nəticəsində artıq 1919-cu ilin əvvəlində Bakıda, Gəncədə, Nuxada, Salyanda, Şuşa və Qazaxda 23 dövlət orta təhsil müəssisəsi, o cümlədən 6 kişi, 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllim seminariyası, 3 qadın təhsil müəssisəsi, 1 politexnik və 1 ticarət məktəbi fəaliyyət göstərirdi.

Qeyd edək ki,1918-ci ilədək Zaqafqaziya  Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin  Azərbaycan  ərazisinin Şamaxı,Göyçay kimi şəhətlərinə köçürülməsinə aid  dəfələrlə yazılı və şifahi təkliflər də olmuşdu.Lakin bu təkliflər həmişə diqqət mərkəzindən kənarda qalmışdı. (11 ).

1879-1884-cü illərdə Tiflisdə Azərbaycan dilində həftədə bir dəfə nəşr olunan "Ziya"( sonralar "Ziyayi-Qafqasiyyə" ) qəzetlərində Qori Seminariyası ilə ilgili onlarla irili- xırdalı yazılar var. Bu yazılar indiydək onların məktəbçilik tariximizlə araşdırılmalardan kənarda qalmışdır. 

 "Ziya"dakı yazıladan birini oxuculara təqdim edirik.     ("Ziya" qəzeti. 06.09.1879-cu il, N 33.)

 

"Qori  Seminariyasının təmiri batəmamən qurtarmadığına görə tazə qəbul olunan şagirdlər ayın 10-da imtahahan olunandan sonra 15-də dərs başlanacaqdır.

Bu il seminariyaya qəbul olunan şagirdlərin rəqumi 30-dan ziyadə oluna bilməyir.Bunlar lazım olan elmdən imtahan verəndən sonra bəziləri birinci qlasə və bəzi ikinci və üçüncü qlaslərə qəbul olunub,sonra seminariyanın qərardadına müvafiq təhsilə davam etməkdən başqə, dillərini və bədsətur əqaidi-dinliyələrini müsəlman mollalarından təlim alacaqlar.Bunların müsəlmanca təlim almaqları  talifat həmin kitablardır.Qədimdən bəri məktəblərimizdə səmvüldür.Bu halda bir nəfər Batum əyalətindən (Aslan) nam şagird heç bir müsəlman uşağı Qoridə yoxdur. Deyürlər ki,qəbul olunan uşaqlar yolda gəlməkdədirlər. Bundan başqa, yenə bir tədbir var ki ,gələn il,yəni sentyabr ayında həmin seminariyanın yanında kiçik sinifli (10-12 sənəyəcən)  uşaqlardan ötrü  bir (ibtidai məktəb) dəxi kəşad olunacaqdır.Bu məktəbə qəbul olunan müsəlman uşaqları iki sinifdə  ondan ötrü qərar verilən  elmin əsası  öz ana lisanında üsuli-cədid(yeni-üsul-N.N.)   üzrə  təlim aldıqdan sonra seminariyada təhsil alacaqlar.Sonra bir il təhsilə davam edib,bir həftə müəyyən olan günlərdə bu sinfdəkilər seminariyadan gəlib, mübtədi məktəbində müəllimin təlimatına qulaq asacaqlar.Və ikinci üç klasda olduqları zaman  fələkə hasil qalmaq təriqi ilə müəllimlərin  sualına aşina olmaq niyyətilə mübtədi məktəbində olan şagirdlərə bir neçə müəllimin hazır olmaqları ilə dərs deyəcəkdirlər.Hərçənd bu məktəblərdən ötrü (proqram) tərtib olunubdur,lakin hazır olan kimi  tərcüməsini dərc və elan edəcəyik. Bu halda (Qori) seminariyasının baş naziri cənab( Semyonovdur)  və müsəlman müəllimlərinə nəzarət edən ikinci nazir(cənab) Çernyayevskidir ki,müsəlmani Qafqas  ləfzini  qayət əla dərəcədə bilir..Əhli -təsənni tərəfindən əqaidi -dinniyənin təlimini müsəlman müəllimlərini  bu halda Tiflisdə cənab müfti həzrətlərinin təhti-nəzarətində müsəlman  məktəbinin  müəllimi Qaibova həvalə  olunur. Bə əhli -şiə  tərəfindən ancaq ehkam şəhriyyəni təlim etməklik  şeyxülislam həzrətlərinin  təhti-nəzarət alilərində olan məktəb  müəllimi Axundzadəyə  və ya ki ,Şamaxı Rus Məktəbinin və Məclisinin  müsəlman müəllimi olan ...Hacı Seyyid Əzim Şirvaniyə həvalə olunacaqdır.Bu məsələnin həlli ( popeçitel) İdarəsində  bu günlərdə həll olunacaqdır.Yuxarıda görünən əhvalatlatdan bir növ xəbərdar olduğumuzdan zikr olunan müəllimləri təbrik ... zəminində rəha acizəmiz oldur ki,onlara etibar olunan (darülmüəllimin)mədrəsəsinin  baisi -iftixarı olan pişrəftində rəvac verilməsində  bu günə sai və cahid olalar ..."

 AXC tarixinin   100 illik yubileyi ərəfəsində  "Ziya" qəzetindəki bir xəbər  də,   yəqin ki, oxuculara  çox maraqlı  görünəcəkdir.Burada  Qori Müəllimlər Seminariyasının 1884-cü il məzüunları haqqında  verilən informasiyadan məlum olur ki, bu məzünlardan ikisi  islamdır.

"Ziyayi-Qafqasiyyə"qəzetinin 26 iyun 1884-cü il tarixli 11-ci nömrəsində dərc olunmuş bir yazını dəyişdirmədən, olduğu kimi oxucuların diqqətinə çatdırırıq: "Qori Darülmüəllimün Məktəbinin şagirdlərinə bu ildə (1888-ci ildə -N.N.) imtahanın nəticəsi bu olubdur ki, 35 nəfər şagirdlər çox əla imtahan dutub, cümləsinə (attestat) şəhadətnamə verilübdür.Bunlardan 13-ü rusdur, 7-si gürcüdür, 4-ü polyakdır və 1 yəhudidir... və bir ğreqdir və    2 dəxi islamdır. Bu islamlardan biri Şuşa şəhrinin bəyzadələrindən Nəsrulla vəy Tahirovdur və biri dəxi Tiflis bəyzadələrindən ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOVDUR"( 2  ).   Maraqlı burasındadır ki, Ə.M.Topçubaşov haqqında elmi tədqiqat işi yazanların hamısı onun 1884--cü ildə Tiflis Gimnaziyasını qurtardığınıdan söz açır.Təəssüf ki,tarixçilər hələ də "Ziya" qəzetinin   26.06.1884-ci il tarixli   nömrəsindəki    bu yazıya cavab verməkdə çətinlik çəkirlər.  Bəlkə, biz  Tiflisli iki  Əlmərdan  bəy Topçubaşovdan   danışmalıyıq?.  Yazının bu yerində  A.O.Çernyayevskinin siyahısına düşən uşaqların Şamaxıda oxuduqlqrı məktəbdən söz açmaq istəyirəm. Bu şagirdlərin əksəriyyəti 1874-cü ildə  Şamaxıda yaradılan məşhur Məclis Məktəbinin şagirdləri idi. Məclis Məktəbi Azərbaycanın  təhsil tarixində  özünə  şərəfli yer tutan ibtidai təhsil müəssisələrindən biridir.Məktəbin yaradıcısı Bakı Quberniyasının  Şamaxıda yerləçən Əhli -Təsənni İdarəsinin sədri  Şamaxı qazısı  Səid Əfəndi Ünsizadə  (1825,Şamaxı-1905,İstanbul) idi.  Səid Əfəndi Bakı qubernatorunun etibarını qazanaraq, 1874-c üidə  Şamaxıda öz pedaqoji arzularını reallaşdırmaq  üçün   Şamaxıdakı  maarifpərvər ruhanilərin köməyi ilə  məktəbə pedaqoji ustalığı olan müəllimləri dəvət etmişdir.Məktəbin əsas müəllimlərindən biri  Səid Ünsizadənin  ortancıl qardaşı Cəlaləddin Əfəndi, şəriət və ana dili  müəllimi isə məktəbin yaadıcısının  ideya və əqidə dostu Seyid Əzim Şirvani idi (8; 12).

Məktəbdə rus dili dərsləri də keçirilirdi.Bu iş əvvəllər  bir müddət Bakı qubernatoruna yaxın olan E.Pirbudaqov tərəfindən aparılmışdır.

Səid Ünsizadə Tiflisə əvvəcə uzunmüddətli  ezamiyyətə, sonra isə daimi dini vəzifəyə keçəndən sonra  Şamaxı Məcli Məktəbində işlər əsas axarından kənara çıxmışdır.Səid Ünsizadənin ardınca onun qardaşı Cəlalədin əfəndi də Tiflisə  daha böyük işlərdən ötrü Şamaxıdan Tiflisə  üz tutandan  sonra   Məclis Məktəbinin idarəçiliyində müəyyən problemlər yaranmışdır.

Bizim fikrimizcə, əsas problem E.Pirbudaqovun  rəhbərliyə can atması idi ki, Şamaxı ruhaniləri  də haqlı olaraq, sası dinli iddialı bir adamın müqəddəs Məclis Məktəbinə rəhbər təyin olunmasına  imkan verməmişlər.

E.Pirbudaqov  özünün məkrli siyasətini  başqa vaxta saxlayıb, Şamaxıdan Tiflisə köçür.Məclis Məktəbinin bütün ağırlğı görkəmli şair, dərslik müəllifi, üç dili-Azərbaycan, fars və ərəb dillərini şeir tazmaq dərəcəsində bilən S.Ə.Şirvani Məhəmmədzadənin üstünə düşür.(11;12).

İndi də Sultan Məcid Qənizadənin   Azərbaycan ədəbiyyatının inkişagındakı rolu haqqında  qısaca söz aşmaq istərdik.Onun ədəbi əsərlərinin çoxu cəmiyyətin əxlaq və mədəni həyat səviyyəsinin yüksəlişinə xidmət edir.

S.M.Qənizadə  Azərbaycanın tanınmış maarif xadimi, müəllim, yazıçı,uşaq mətbuatı jurnalisti, tərcüməçi,  bir sıra lüğətlər, dərsliklər, bədii əsərlər, felyetonlar( felyeton- burada ictimai-siyasi mövzuda əsərlər mənasındadır-N.N.) müəllifidir.

S.M.Qənizadənin 1998 -ci ildə  çap etdurdiyi "Müəllimlr iftxarı" əsəridə maraqlı bədiii priyom və üsullardan biri    özünü   baş qəhrəman  adı ilə   "Milləti-xadim Şeyda Məsihzadə" adlandırmasıdır. Bu da səbəbsiz deyildi.O, hər bir yazısı ilə millətə xidmət edir,başqalarının deyə bilmədiklərini maraqlı çəkildə ozuculara çatdıra bilirdi.(7,25) .

 Sultan Məcidin ulu babası Ağa Məsih Şirvani Şamaxının tanınmış şairlərindən olub. Ədibin bəzi məqalələrində "Məsihzadə" imzası ilə yazması da bu varisliyə işarədir. Sultan Məcidin atası tacir idi. Şamaxının sayılıb-seçilən ziyalılarından olub. Elmə, maarifə böyük marağı varmış. Bu səbəbdən də oğlunun ilk müəllimi özü olub. O, əvvəlcə övladına yazıb-oxumaq öyrədib, sonra da onu şəhərdəki müxtəlif məktəblərdə oxudub, bir neçə dilin öyrədilməsinə nail olub(8,9).

 Attestatında təkcə rus dili fənnindən  "dörd"ü olsa da, S.M.Qənizdə  rus dilini mükəmməl bilirdi.Attestatdakı  beşlərə kölgə salan bu dördü ona E.Pirbudaqov yazmışdı.

Sultan Məcid Qənizadə 1883-cü ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutuna daxil olmuşdur. Bu institut 50 ilə yaxın bir müddətdə yaxın vilayətlərin şəhər məktəbləri üçün müəllim kadrları hazırlayırdı.  Sultan Məcid Qənizadə  və onun iki dostu  1883-1887-ci illərdə Tiflisdə ali pedaqoji təhsil alsalar da,təyinatdan kənarda qalmışlar.Bu,islam dininə mənsub olanlara   çar Rusiyasında laqeyd  münasibətin  və xristialarla müqayisədə ayrıseçkiliyin  təzahürü idi. Lakin 3 dostdan ikisi   Bakıya gələrək, 1887-ci ildə burada  "Rus-Azərbaycan məktəbi" adlı ibtidai təhsil ocağının yaradılmasına nail olmuşlar. Bu maarif işığının şöləsi tezliklə ölkənin  bir sıra bölgələrinə də yayılır.Yeri gəlmişkən qetd edək ki, S.M. Qənizadə Azərbaycndan kənarda da  yeni üsullu məktəblərin açılmasında türkdilli xalqların maarifpərvər ziyalılarına da doğru yol göstərmiş  və onlara  fikir və ideya  bələdçiliyi etmişdir.

 “Məktəb“ jurnalının 1912-ci ildəki 21-ci nömrəsində S.M.Qənizadənin türk dünyasının görkəmli ziyalılarından biri olan məşhur pedaqoq və mühərrir İsmayıl bəy Qaspıralı ilə maarif cəbhəsindəki işbirliyindən söz açılır.

Yazıdan aydın olur ki, S.M.Qənizadə və İ.Qaspıralı Türküstanda-Səmərqəndə “Rus- Müsəlman Məktəbi“ yaratmışlar(4).

  Azərbaycan maarifinin yeni mərhələsi sayılan bu uğurlu fəaliyyətin şöhrəti başqa ölkələrdə də yeni təhsil ocaqlarının yaradılmasına təkan verdi.Onun hazırladığı bir sıra lüğətlər bu sahədə ilkin addımlardan sayıla bilər. "Lüğəti-rusi və türki" (1902), "Samouçitel tatarskoqo yazıka" və başqa kitablar S.M.Qənizadənin elmi təfəkküründən, dillərə olan münasibətindən, gərgin əməyindən, yaradıcı fəaliyyətindən, öz millətinə göstərdiyi xidmətdən və can yanğısından xəbər verir. Azərbaycan maarifinin ağırlığını çiynində şərəflə daşıyan Sultan Məcid Qənizadə bir müddət Qori Müəllimlər Seminariyasında, daha sonra Bakı Quberniyası və Dağıstan Vilaayəti Xalq Məktəblər İdarəsində rəhbər vəzifədə işləyir.

S.M.Qənizadənin Zaqafqaziya Seyminin və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü kimi  çalışmalarına yeni dövrün prizmasından baxılmalıdır.Belə ki,1918-ci il mayın 28-dı Azərbayan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsinin qəbulunda  səsvermədə  bitərəf qalan iki nəfərdən biri S.M.Qənizadə idi.Bunu əsas tutaraq, S.M.Qənizadəni  qınamaq yox,onun mövqeyini araşdırmaq lazımdır.İndiyədək hələ heç bir tatixçi həmin tarixi  iclasın, məncə, təfərrüatını dəqiq bilmir.Bəlkə,  S.M.Qənizadə başqa təkliflə çıxış etmək istəyib?.Bu fəklif üçün ona şərait yaradılıbmı? 

S.M.Qənizadəyə qiymət vermək üçün onu mütləq oxumaq lazımdır.Oxunmayan yazıçının,səsi eşidilməyən siyasətçinin,görünməyən mənzərənin  haqqında danımaq,  onun şəklini şəkmək-qorxulu nəsnədir.Qorxulu nağıllar da uşaqları qorxudan,ürküdən  çəkindirmək üçündür.

 S.M.Qənizadə AXC Parlamentinin  ən qöcaman üzvlərindən biri idi.

O,sovet hakimiyyəti illərində  respublikanın Xalq Maarif Komissarlığında çalışmış, dərsliklərin və uşaq mətbuatının aparıcı simalarından biri olmuş, müxtəlif elmi cəmiyyətlərin, komissiyaların üzvü  kimi böyük işlər görmüşdür.

Sultan Məcid Qənizadə mədəniyyət xadimi idi. Azərbaycan teatrının inkişafı sahəsində onun böyük xidmətləri olub. Səhnəyə neçə-neçə istedadlı həvəskarın cəlb edilməsinə, teatr truppalarının fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə çalışan Sultan Məcidin Hüseyn Ərəblinskinin teatra gəlməsində böyük rolu olub.

Məlumdur ki, Hüseyn Ərəblinski ilk dəfə məhz Sultan Məcid Qənizadənin rejissorluğu ilə hazırlanmış "Vəziri xani-Lənkəran" komediyasının tamaşasındakı (1898) Mehtər Kərim rolunu oynamışdır. 

Sultan Məcid Qənizadə  gözəl xətti  olan ,sözün incəliklərinə bilən  tərcüməçi idi. Ədəbiyyatşünas alim Abbas Zamanov yazırdı: "Rus dramaturgiyasını ilk dəfə səhnəmizə gətirmək şərəfi  Sultan Məcid Qənizadəyə müyəssər olmuşdur. 1894-cü ildə o, Lev Tolstoyun "Əvvəlinci şərabçı" pyesini tərcümə edib, həmin ilin may ayında Bakıda tamaşaya qoymuşdur ki, bu da Azərbaycan səhnəsi tarixinə rus dramaturgiyasının ilk tamaşası kimi daxil olmuşdur".  Sultan Məcid Şərq ədəbiyyatını da,rus ədəbiyyatın da gözəl bilirdi. O,  böyük rus yazıçısı Lev  Nikolayeviç Tolstoyla  məktublaşan 5-10  məşhur azərbacanlıdan biridir.

Sultan Məcid Qənizadə böyük yazıçı və dramaturq idi. Deyilənə görə, ilk qələmə aldığı pyes "Qönçə xanım" adlanıb.  "İşıq" qəzetinin yazdığı bir sıra materiallardan məlum our ki, bu səhnə əsəri   Bakı Qız  Məktəbinin   tədbirlərində müvəffəqiyyətlə oynanılmışır.Təəssüf ki, bu günə kimi bu pyes tapılmayıb. Rus ədiblərindən etdiyi tərcümələrlə yanaşı, Sultan Məcid xalq nağılları əsasında uşaqlar üçün mənzum hekayələr yazmışdır.  Ən sanballı bədii əsəri isə "Məktubati-Şeyda bəy Şirvani" adlanır. Əslində bu, bioqrafik bir əsərdir. Romanın bütün məzmunu əsərin baş qəhrəmanı Şeyda Məsihzadənin gündəliklərindən ibarətdir. Tədqiqatçılar birmənalı olaraq təsdiqləyiblər ki, Şeyda bəy elə Qənizadənin özüdür. Müəllif "Maarif" jurnalında  da  bir neçə  əsərlərni də bu imza ilə yazmışdır(3 ).

Roman "Müəllimlər iftixarı" və "Gəlinlər həmayili" adlı iki hissədən ibarətdir. Sovet dövründə bu romanın təhlili də ziddiyyətli şəkildə aparılmışdır. Müəllifin fanatizmə, geriliyə qarşı yönəldilmiş tənqidi təqdirlənsə də, Allaha inamı qəbul edilməmişdir. Bu səbəbdən də Qənizadənin fikirləri "ziddiyyətli görüşlər" kimi qiymətləndirilmişdir.

Sultan Məcid Qənizadə böyük jurnalist idi. Qori Müəllimləri Seminariyasında işlədiyi müddətdən mətbuatda müntəzəm çıxış edən Sultan Məcid Qənizadə ən çox "Dəbistan" jurnalında çap olunardı. Ədəbiyyatşünas Firudin Hüseynovun yazdığına görə, Sultan Məcid Qənizadə Nəriman Nərimanovla yaxından dostluq etmiş və əqidə yoldaşı Həbibbəy Mahmudbəyovla birlikdə maarifpərvər bir mətbuat orqanı açmaq haqqında düşünürmüş. 1906-cı ildə nəşrə başlayan "Molla Nəsrəddin" jurnalının yaranışını alqışlayan və buna çox sevinən ziyalılarımızdan biri də məhz Sultan Məcid Qənizadə olub. Amma təəssüf ki, tədqiqatçıların heç biri "Molla Nəsrəddin"in yazarları haqqında araşdırmalar apararkən Sultan Məcid Qənizadənin üstündən sükutla keçiblər. Heç ola bilməz ki, belə bir jurnalın yaranışına sevinən, Sabirlə dost olan, o dövrün müxtəlif mətbuat orqanlarında çıxış edən bir ədib "Molla Nəsrəddin" jurnalına nəsə yazmamış olsun. Görünür, naməlum qalan imzalardan Sultan Məcid Qənizadəyə də məxsus olanlar var. Yəqin ki, yeni tədqiqatçılar tərəfindən bu qaranlıq məsələlərə də bir aydınlıq gətiriləcək.

Sultan Məcid Qənizadə böyük Azərbaycanlı idi. Müəllimliyə başladığı ilk gündən həyatını və yaradıcılığını millətinin oyanışına, tərəqqisinə, təhsilinə və işıqlı gələcəyə sahib durmasına bağlamışdı.

Görkəmli ədəbiyyatşünas Firidun Köçərli yazırdı: "Qənizadə iqtidarlı bir ədib olduğunu bildirir. Əsərlərinin hər birində təzə fikirlər, vüsətli xəyallar, dərin mənalar, nazik işarələr, gözəl əqidələr var ki, hər kəsə onları oxumağı tövsiyə edirik".

Bir çox həmkarından fərqli olaraq Sultan Məcid Qənizadə yaradıcılığında da, pedaqoji fəaliyyətində də insanları Allahın buyurduğu şəriətlə yaşamağa çağırırdı. İnsan mənəviyyatını, əxlaqını önə çəkən Qənizadə dünyəvi elmləri yorulmadan təbliğ etməklə yanaşı, hər kəsi insan olmağa, insaniyyətə, milliyyətə, Vətənə xidmətə səsləyərdi. O, bütün ibrətamiz öyüdlərində vətəndaş olduğunu, Vətənə bağlılığını ifadə edirdi.

S.M.Qənizadənin yaşadığı  dövrün yazıçılarının bir çoxunu məşğul edən problemlərdən biri də qadın azadlığı məsələsi olub. Onun tərcümeyi-halında oxuyuruq:

 

"S.M.Qənizadə 1937-ci ildə, 72 yaşında vəfat etmişdir".

Görünür, tədqiqatçılar dövrün ab-havasından çəkinərək ölüm tarixini sadəcə belə yazmağı məsləhət bilmişlər. Sultan Məcid Qənizadə öz əcəli ilə vəfat etməmişdi. 1937-ci ilin repressiyaları öz qara caynaqlarını yaşının ahıl çağında Sultan Məcid Qənizadəyə də tuşladı. Ömrü boyu millətinə, xalqına, onun işıqlı gələcəyinə xidmət göstərən bir şəxsiyyəti həbs edərək "xalq düşməni" kimi güllələdilər.

  S.M.Qənizadənin "İstilahi Azərbaycan", "Lüğəti- rusi və Azərbaycan(müsəlman)" və s. əsərləri məktəblərdəki boşluğu qismən doldurmağa xidmət etmişdir. O, "Axşam səbri xeyir olar" əsəri ilə ədəbiyyat tariximizdə təbdilin əsasını qoymuşdur. Ən orjinal əsəri "Məktubati Şeyda bəy Şirvani" ümumi başlığı altında yazdığı "Müəllimlər iftixarı" hekayəsi və "Gəlinlər həmayli" romanıdır. Bu əsər ədəbiyyat tariximizdə ilk dilogiya kimi dəyərləndirilir. Yaradıcılığında 1906-cı ildə "Dəbistan" jurnalında çap edilmiş "Allah xofu" hekayəsi xüsusi yer tutur.

S.M.Qənizadə tərcümə sahəsində də özünü sınamışdır. İlk tərcümə əsəri L.Tostoyun "Əvvəlinci şərabçı" əsəridir  Azərbaycan milli ideyasının formalaşmasında mühüm rol oynayan mütəfəkkirlərimizdən olan Sultan Məcid Qənizadə (1866-1937) Türklüyə və İslama münasibətdə də özünəməxsus yer tutmuşdur. Hələ, 1880-ci illərin sonlarından başlayaraq Azərbaycan türklərinin maariflənməsi uğrunda mübarizəyə başlayan SM.Qənizadə  bu dövrdə digər Azərbaycan türk mütəfəkkiri Həbib bəy Mahmudbəyovla birlikdə, 1887-ci ildə Bakıda «Rus-Tatar məktəbi» adlı ilk yeni tipli ibtidai məktəbin əsasını qoymuşdur. Çünki bu dövrdə əsasən dini elmiləri öyrədən mədrəsələr mövcud idi və orada da dərslər əsasən  fars və ərəb dillərində həyata keçirilirdi. Ancaq yeni tipli məktəbdə isə Azərbaycan türkcəsi əsas dil kimi tədris olunur, eyni zamanda burada dünyəvi elmlər (coğrafiya, riyaziyyat, tarix və s.) tədris olunurdu.

Bu məktəbin yaradılması Azərbaycanç milli ideyasının inkişafına da müsbət təsir göstərmişdir. Belə ki, həmin məktəbin məzunları arasında Azərbaycan türklərinin ideoloqu Məhəmməd Əmin Rəsulzadə də olmuşdur.S.M.Qənizadə  Azərbaycan türk dilinin inkişafına da böyük diqqət yetirmiş, 20-ci əsrin əvvəllərində onun «Lüğəti-rusi və türki», «İstilahi-Türki» və başqa kitabları nəşr olunmuşdur.

S.M.Qənizadə ilk dövrlərdə bir maarifçi kimi, daha çox cəmiyyətin savadlanmasına, elm və bilik sahibi olmasına çalışmışdır. Onun fikrincə, müəllimin əsil övladları öz uşaqları deyil, məhz şagirdləri olmalıdır. Eyni zamanda, müəllimin mal və dövləti dərs və təlimdir, müəllimin kəsb və icrəti isə millətinin rəğbətidir. Qənizadə   yazırdı: «Müəllimin evi kitabxanadır, müəllimin nökəri məkitəb mülazimidir, müəllimin təvabe və ətbari cocuq-şagirdlərdir, müəllimin müxəlləfatı qara-qura məktəb mizləridir, müəllimin sazı, nəğməsi məktəb şagirdlərinin sədasıdır, müəllimin istirahəti dəftərlər təsihihdir… Ax, Xudavənda, tədris nə girənmayə məta, millət iradəti nə pürəyar bəhadır! Tila (qızıl) və nürqə (gümüş) ilə tədris və təlim mabeynində nə böyük təfavütlər var! Xudavənda, təkrarən sənə şükür olsun ki, mən aciz bəndəyə süni-müəllimliyi tərbiyə verib, məktəbdarlıq peşəsin nəsib edibsən! Hər sübh və şam qapıma gələn cocuqlar tila-nüqrə (qızıl-gümüş) əvəzinə məndən elm və tərbiyə istəməkləri mənim üçün səadətdir»(7,15).

Onun fikrincə, artıq mədəniyyət əsrində Xacə Hafizin xətm etdiyi qəzəliyyat yolu ilə getmək, zülf və şövqlə mədhiyyələr oxumaq hünər deyildir. Artıq dünyəvi elmlərə meyil etmək, cəmiyyəti maarifləndirəcək əsərlər yazmaq lazımdır. Bu yolda Qənizadə bir sıra əsərlər («Məktubati-Şeyda bəy Şirvani», «Allah xofu» və s.) yazmışdır. O, həmin əsərlərində də ilk növbədə yeni tipli məktəbblərdən və həmin məktəblərdə dərs deyən müəllimlərin milli ruhlarından bəhs etmişdir. Azərbaycan mütəfəkkiri hesab edirdi ki, dini xurafat və mövhumatdan, cahillik və nadanlıqdan qurtulmağın ilk yolu məktəblərin yaranmasından və həmin məktəbdə millətin övladlarına bilik vermək istəyən müəllimlərin olmasından başlayır. Onun fikrincə, müəllim millətini cəhalətindən qurtarmaq üçün hər şeyi gözə almalıdır: «Millətin cəhalətindən həzər edən müəllim öz balasına nifrin edən ata kibidir. Hünərli ustad xam dəmirdən səbirlə misri qılınc yapa bilərsə, yaxşı müəllim kəctəb millətdən xoşəxlaq cəmiyyət hazırlaya bilər».

Hətta, Qənizadə müəllimliyi həccə getmək istəyən müsəlmanın vəzifəsindən də ağır vəzifə hesab etmişdir. Onun fikrincə, xüsusilə dövründə müəllim çox məsuliyyətli bir vəzifə daşıyır: «Müəllimliyə təklif olan şəxs həcc və zəkatə müstəti olmadıqda «kimləri öyrətdin və nə öyrətdin?» sorulub bazxast (tələb) olacaqdır. İnsafən müəllimlik təklifi ağır təklifdirsə, müəllimlik şəni həm uca şəndir. Müəllimlik hər bir əsrdə ağır olubsa, bu əsrimizdə daha ağırraqdır! Əsrimiz bir əsrdir ki, gündüzlər qiraət, gecələr kitabət müəllimlər üçün din borcudur».

Qeyd edək ki, S.M.Qənizadə Azərbaycan Cümhuriyyəti dövründə də (1918-1920) milli və dini dəyərləri təbliğ etməkdə davam etmişdir. Qənizadə Azərbaycan Parlamentinin millət vəkili kimi, ən çox diqqəti «İslam-Türk» birliyinə yönəltmiş və türk-islam məfkurəsinin sintezindən çıxış etmişdir.

Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra da mədəni-maarif işlərini davam Qənizadə, ancaq SSRİ repressiyasından qurtula bilməmişdir. Belə ki, onun vaxtilə islamçılıq, o cümlədən türkçülüklə bağlı çıxışları 1937-ci ildə repressiya olunması il nəticələnmişdir. Beləlliklə, ömrünün böyük bir hissəsini xalqının maariflənməsinə və savadlanmasına həsr edən Qənizadə bu yolda, sözün həqiqi mənasında şəhid olmuşdur.

S.M.Qənizadə bütün ömrü boyu İstiqlal Bəyannaməsinin say şoxluğu ilə qəbul olunan altı maddəsinin altısına da sədaqətlə əməl  etdi,onun keşiyində  durdu. Qələmilə köz kimi yandırıb yaxan söz yazdı,nə yazdısa ,yazısına pozu olmadı,hamısı da düz oldu.

 

Ədəbiyyat siyahısı

 1.Seminariya barəsində. "Ziya" qəzeti.06.09.1879, N 33 

2.  Məktub.                      "Ziya" qəzeti.  06.09.1879, N 33

 3."Maarif" jurnalı.         1921,N 1,2.

4. "Məktəb" jurnalı.        29.11.1911,N1

5.AR DTA.                     Fond  44,2,954

6.AR DTA?                     Fond 57.    Xalq Maarif   Komissarlığının materialları.

7. Sultanməcid Qənizadə. Seçilmiş əsərləri.Bakı,1965.

 

 

8.Xeyrulla Məmmədov.  Sultan Məcid Qənizadə.Bakı, 1983.

9.Xeyrulla Məmmədov.XIX əsr Azərbaycan ədəbiyyatı.   Bakı ,2006.

11.  F.Seyidov.Qori Seminariyası  və onun məzunları. Bakı.1988.

12.  Nazim Nəsrəddinov.  Məclis Məktəbini kim yaratmışdır // "Azərbaycan müllimi" qəzeti. 22.02.1979.

13. Faiq Ələkbərov .«İttihadçı» və türkçü Sultan Məcid Qənizadə.  Modern az.01.09.2013, 19:21

14.C.M.Ганиев. Русско-тюркский словарь. Баку, 1922.  500 стp.

 

Annotasiya

 

Məqalədə Azərbaycanın ilk ali təhsilli pedaqoqlarından  və  türk düşüncə tərzli yazıçı,tərcüməçi  və uşaq mətbuatı yaradıcılarından biri olan AXC Parlament üzvü Sultan Məcid Qənizadəninn türk dünyasının milli məfkurə tarixindəki  mövqeyindən və xalqın maarifləndirilməsi  yolunda gördüyü əzəmətli işlərdən söz açılır.


Müəllifin digər yazıları

  1. CƏLAL ÜNSİZADƏNİN DƏ ŞƏKLİ TAPILDI...
  2. Dünyanın ən işıqlı günlərindən birinin adamı - türkologiyanın Fərhadı
  3. Söz oyunu və yaxud nüktədanlara xitab
  4. Şamaxıda Seyid Əzim Şirvaninin Ev-Muzeyini açmaq çətindirmi?
  5. Kırımda monastrda gizlədilən Xaçmazlı Reyhan haqqında nə biliik ?
  6. "Xamsu-qasaid" kitabında Hacı Zeynalabdin Tağıyev cənablarına həsr olunmuş qəsidə-mədhiyyə
  7. Atamın türkdilli məktubları
  8. PARLAMENTİN TAVANI NİYƏ UÇDU?
  9. Azərbaycan Xalq Cümhuriyyətinin hələ yaxşı tanımadığımız parlament üzvü- Mustafa Hacı Musa oğlu Mahmudov
  10. Yüksək məfkurəvi söz ustası - Sultan Məcid Qənizadə (1866-1937)
  11. Bu dünyanın qızıl günü
  12. Qafur Rəşad Mirzəzadə fenomeni
  13. Papaq və qalstuk məsələsi
  14. Görkəmli türkoloq və füzulişünas alim Samət Əlizadənin əlyazması tapıldı
  15. Akademiklər,Sİzlər əruzu bilirsinizmi?
  16. Dövlət himnimizin sözlərinin müəllifi Əhməd Cavaddırmı?
  17. Atamın şəkli
  18. Türk dünyasının ən böyük nazimlərindn birinə- Seyid Əzim Şirvaniyə (1835-1888) ölümündən 130 il sonra xitab
  19. "Tərcüman"qəzetini türk dünyasına tanıdan ilk türkdili jurnal yazısı
  20. "Kəlilə və Dimnə"də ( "Hümayunnamə"də) öyüd , nəsihət və deyimlər
  21. Atamın müəllimi Cəmo bəy Cəbrayılbəyli və onun "Cəmo C" təxəllüsü ilə yazdığı şeirlərindən biri - "Sənsən"
  22. Dağıstanlı Mirzə Həsən Əfəndi Əlqədari (1834-1910) və Azərbaycan
  23. "Dırnaq"dan "mötərizat"a və yaxud...
  24. Azərbaycan Respublikasının əməkdar rəssamı İsmayıl Məmmədovun 366 yarpaqlı 2018-ci il təqvimi çap ediləcəkmi...
  25. Qara qoçun nağılı
  26. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki...
  27. Yenə də "Türkische Lesestoffe....Leipziq. 1916" türkdilli latın qrafikalı kitabından söz açırıq ki, bilməyənlər də nəyisə bilsinlər
  28. Avropa da, Amerika da türk atalar sözlərini oxuyur
  29. Məktəb, məktəb , yenə də məktəb... Özü də gələcəyin məktəbi
  30. Qaranlıqdan Alatoranlığa gedən vaxtın deyimləri
  31. Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsinin əsas müəllifi kimdir?
  32. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım haqqında nə bilirik?
  33. Tarixçilərimizin dərsliklərdə jurnal adı ilə öyrətdikləri "İŞIQ" QƏZETİ (1911-1912)
  34. Qafqazın Baş Rəisi Knyaz Dondukov-Korsakova (1820-1893) hədiyyə olan dərsliyin bir sıra məqamları və son səhifələrindəki nəsihətlər
  35. Türk dostumun təhsil nazirimizə göndərdiyi bir məktub və yaxud...
  36. Öyüdlərim, pəndlərim, nəsihətlərim....
  37. Ortaq türk dilləri ədəbiyyatı müntəxəbatına layiq uğurlu poetik nümunələr və yaxud...
  38. "Kəlilə və Dimnə"nin ilk mətbu nümunələri haqqında bir neçə söz...
  39. Türk dünyasının 1865-ci il tarixli üçdilli atalar sözü lüğəti
  40. 130 il bundan əvvəl İrəvandan "Bir müsəlman" Tiflisə - Azərbaycan dilində nəşr olunan "Kəşkül" qəzetinə nə yazırdı?
  41. Qəbul imtahanı testlərinin bunkerdə yazılması məsləhətdirmi?
  42. XIX əsrin görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvaninin türk dünyasına tanıtdığı təhsil ocağı və yaxud Kürdəmirin ilk dövlət məktəbinin tarixi 1881-ci il fevralın 9-dan başlayır
  43. Nüktələr və nöqtələr....
  44. "Ziya" qəzetinin qaranlıqdan və alatoranlıqdan işığa uzanan yolları
  45. AMEA və universitet alimlərinin orta məktəb marafonları
  46. Yandıran söz,qandıran söz, bir də var adamı dolandıran söz...
  47. Azərbaycanın İlk milli jurnalının - "Kəşkül"ün 135 yaşı tamam oldu
  48. Azərbaycan İstiqlal Bəyannaməsini neçə nəfər imzalayıb və yaxud doğru sözü niyə səhv deyirlər?
  49. Azərbaycan ədəbi dilinin yeni anlayışları ifadə edən rus və Avropa dillərindən alınmış terminlərlə zənginləşməsində "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin (1879-1884) rolu
  50. 130 illik yubileyi gecikdirilən Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və yaxud adı ensiklopediyaya düşən elmi dərəcəli biologiya müəllimi
  51. Əhmədli kəndi... Tarixi xidmətləri unudulmuş təhsil ocağı
  52. DÜNƏN "ZIYA"NIN 139 YAŞI TAMAM OLDU VƏ YAXUD TÜRK DÜNYASININ TİFLİSDƏN BOYLANAN GÜNƏŞİ
  53. Orfoqrafiya mədəniyyəti-dil mədəniyyətidir
  54. Gəlin orfoqrafiya qaydalarını hazırlamağı dilbilənlərə tapşıraq
  55. "Ziya" qəzetinin Şəkidə yaşayan Şamaxılı müxbirlərindən biri
  56. Pıçıltılı etiraf və yaxud Zirvələrdə iki həftə qar altında qalanların xoş xəbərin gözləyirik
  57. İtirmişik yuxumuzu, qalanımız ağrımızdır...
  58. Bağışla, bağışla, bağışla bizi
  59. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
  60. S.Ə.Şirvani şeyxülislam ola bilərdimi?
  61. Mürəttib M.Ə.R. kriptonimi kimə aiddir?
  62. Orta məktəb şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsində alınma sözlərin rolu
  63. Bizə ən gərəkli - Fil hesabatı
  64. “Bağçasaraydan göndərilən məktub”
  65. Şamaxı Məclis Məktəbinin 140 illik yubileyindən 3 il də keçdi, amma görüləsi işlər hələ də çoxdur....
  66. Təlim və tərbiyə prosesində elmi araşdırmaların rolu
  67. "Dəbistan" jurnalı (1906-1908) və yaxud şagird və müəllimlər üçün dərsliyə bərabər dövri nəşr
  68. Nəcməddin Xələfoviçə görə "məmləkət"i dəyişdim
  69. Doğma yurdun qış lövhələri...
  70. 45 il bundan əvvəlki dünya gənclər hərəkatı...
  71. Nəğmə kimi səslənən bal dilmiz var olsun!
  72. Bir daha Ələkbər Tahirzadənin- şair Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı və əziyyətli yolları ilə...… - Tədqiqat
  73. Hamıya dostam mən,bir qardaşam mən
  74. "İşığ"ın işıq saldığı tərcümənin işığında və yaxud İ.A.Krılovdan tərcümə:Durnabalığı və Pişik
  75. "Ziya" qəzetinin (25.01.1879- 26.06.1884) qaranlıq taleyini işıqlandırmaq lazımdır
  76. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  77. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  78. Söz sözü çəkər, əgər sözün közü varsa
  79. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  80. Müəllim olanda da yaxşı müəllim olun
  81. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  82. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  83. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  84. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  85. Ay Allah bəndəsi, niyə yazıqsan?
  86. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  87. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  88. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  89. Təbrizdən kənd məktubları
  90. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  91. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  92. Dünya yaman dünyadır
  93. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  94. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  95. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  96. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  97. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  98. Sözgəlişi, ola bilər düzəlişi...
  99. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  100. Bu Dünya- Şirin Dünya.....
  101. Göz görür,ağıl kəsir....
  102. Tərcüməsiz başa düşülən tatar bayatıları
  103. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  104. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  105. Mənim nəğməli bibim - Foto
  106. Sən yazmasan,mən yazaram
  107. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  108. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  109. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  110. Qulam Məmmədli-120
  111. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  112. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  113. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  114. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  115. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  116. Bu tarix ki var, qəliz məsələ imiş......
  117. SÖZ KİMİNDİR?
  118. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  119. Mənim dualarım
  120. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  121. Təzadlar, ay təzadlar....
  122. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  123. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  124. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  125. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  126. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  127. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  128. Testdən qəsdən danışmırıq
  129. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  130. Dərsliklərimizin halı və vəziyyəti
  131. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  132. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  133. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  134. Hırsızın gözü əlyazmalara düşdü
  135. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  136. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  137. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  138. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  139. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  140. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  141. Hacı Səid Əfəndi Ünsizadə-191
  142. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  143. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  144. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  145. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  146. Bir daha Ünsizadələr haqqında
  147. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  148. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  149. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  150. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  151. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  152. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  153. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  154. Bizə hansı elmlər lazımdır və yaxud ...
  155. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  156. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  157. Soyqırımı günündə dostumu itirmişəm
  158. Bu yaz bir başqa yazdır
  159. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  160. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  161. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  162. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  163. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  164. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  165. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  166. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  167. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  168. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  169. Dərgahdan başlanan yol
  170. Fikrin ifadə formalarından biri
  171. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  172. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  173. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  174. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  175. Təhsil tariximizin maraqlı səhifələri
  176. Təhsil tariximizdən maraqlı səhifələri
  177. Akademiklərin cərgəsindəki müəllim
  178. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  179. Mübarizə bu gün də var,sabah da...
  180. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  181. "Əkinçi" qəzeti-140
  182. Mustafanın Çanakkala məktubu
  183. Məktəbdə elm və texnologiya həftəsi
  184. Mübarizə bu gün də var, yarın da....
  185. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  186. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  187. Yazımızın tarixi-özümüzün tarixi
  188. Fikrət Sadıq -Dədə Qorqud
  189. Tədqiqatçı öz fikrində israrlıdır
  190. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  191. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  192. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  193. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  194. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  195. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  196. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  197. "Bağçasaraydan göndərilən məktub"
  198. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  199. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  200. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  201. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  202. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  203. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  204. Abdulla Şaiqin uşaq bağçası
  205. "Ziya"nın biblioqrafiyası
  206. Kasıblığın üzü qara olsun
  207. Bu gün M.Ə.Sabirin ad günüdür
  208. Keçən günə gün çatarmı ... - Fotolar
  209. Elmə yönələn yolun başlanğıcı - FOTO
  210. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  211. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  212. Ucundadır dilimin həqiqətin böyüyü ...
  213. İlk hesab dərsliyimiz
  214. Yusif Vəzirovun kölgədə qalan yazıları
  215. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  216. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  217. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  218. Dərslik, dərslik, yenə də dərslik...
  219. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  220. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  221. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  222. "ZİYA"lı ziyalı - Foto
  223. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
26-09-2018
25-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.8232 san