10:03 10 May 2018
6486 dəfə oxunub
Çap versiyası
...

 

 -Nikol Paşinyanı hakimiyyət gətirən etiraz hərəkatı iştirakçıları onun qarşısında duran problemlərini həll edə biləcəyinə inanırmı?    

Çətin sualdır. Bu fikri tarixçi, siyasi şərhçi İbrahim Əliyev dedi. O qeyd etdi ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi. Hələ bir xeyli müddət əvvəl onların konstitusiyasında nəzərdə tutulan düzəlişlr, əslində, hərtərəfli düşünülmüş, olçülüb-biçilmiş bir addım idi və məqsədi ölkədə mövcud siyasi rejimin ömrünü uzatmaq, ictimai-siyasi vəzziyyəti olduğu kimi qoruyub saxlamaq idi. Lakin bu planları nəzərdə tutulduğu kimi həyata keçirmək mümkün olmadı.  Hadisələrin gedişi başqa bir nəticələr gətirib çıxardı və bundan sonra proseslərin inkişaf istiqaməti əvvəlcdən nəzərdə tutulduğundan çox-çox fərqlənir. Əvvəlcədən qurulmuş ssenarinin ziddinə olaraq müxalifət lideri Nukol Paşinyan baş nazir postuna sahib çıxdı. 

Lakin bütün bu gözlənilməzlıklərə baxmayaraq, böhranın bu həddə gəlib çıxması qanunauyğun bir nəticə idi. Ermənistan dövlətinin  yeritdiyi daxili və xarici siyasət, qonşularına qarşı düşmənçilik siyasəti və regionda xəyanətkar mövqe başqa nəticəyə gətirə bilməzdi. Öz xalqının maraqlarının ziddinə olaraq xarici güclərin qulluğunda durması, regionda destruktiv fəayiyyət göstərərək bütün qonşuları ilə düşmənçilik etməsi, Azərbaycana qarşı təcavüzü və onun torpaqlarının bir hissəsini zəbt etməsi, Türkiyəyə münasibətdə qondarma “erməni soyqırımı” ittihamlarl ilə çıxış etməsi məhdud gücə və imkanlara malik olan bir dövlətə uğur gətirə bilməzdi. Özgələrinin gücünə, geopolitik maraqlarına güvənərək öz əlçatmaz məqsədlərinə çatmaq reallıqdan uzaqdlr. Belə yalan vədlərl yalnız öz döğma xalqının başını aldadıb, onları avantürist ideyaların gürovunda saxlamaq olar.

Bütün bu pafoslu məqsədlər, özü haqqında  yüksək fikirlər ölkənin həyatının bütün sahələrində baş alıb gedən problemləri həll etmək iqtidarında deyildir. Nəhayət əlçatmaz avantürist ideyalardan və illüziyalardan əl çəkib ölkənin sosial-iqtisadi problemlərini həll etmək, əhalinin güzəranını yaxşılaşdırmaq, normal iqtisadi inkişafa nail olmaq üçün boşboğazlıqdan işə keçmək, regionda qonşularla münasibətini qaydasına salıb, normal həyatı təmin etmək lazımdır.

-Nikol Paşinyan və onun formalaşmaqda olan komandası  bu cəmiyyətin qarşısında olan problemləri hansı yolla həll etməyə hazırlaşır?

“Ölkənin sosial iqtisadi inkişafına uzun illər yeridilən təcavüzkar siyasət nəticəsində yaranmış blokada şəraitindən çıxmadan nail olmaq mümkün deyildir. Blokadadan çıxmağın yeganə yolu isə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli – Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli və Türkiyəyə qarşı avantürist “soyqırım ittihamlarından” imtina etmək, əsassız ərazi iddialarından imtina etməklə mümkündür. Lakin yeni Ermənistan hakimiyyəti bu addımları atmaq iqtidarındadırmı. Yeni baş nazirin bəyanatlarına diqqət yetirsək, görərik ki, onlar nəinki mövcud reallıqla barışmaq istəmirlər, Əksinə, Azərbaycana qarşı daha sərt ifadələrlə çıxış edir, onu ermənilərin tələbləri ilə razılaşmağa məcbur etmək iddiasındadlrlar. Lakin onlar bunu nəyin və kimin hesabına etmək istədikləri aydın deyildir. Aydın olan bir budur ki, bu məqsədə özünün imkanı olmayan Ermənistan hökuməti bunu kənar qüvvələrin gücü hesabına etmək arzusundadır. Kənar qüvvələrin ümidənə qalmış bir dövlətin isə müstəqillikdən danışmağa nə haqqı, nə də imkanı vardır” – İbrahim Əliyev qeyd etmişdir. 

Strategiya.az

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Zəmanəmizin lideri
19:19 14.05/2018
 
Xəbər başlıqları
23-05-2018
23.05.2018 Neftin qiyməti
22-05-2018
22.05.2018 La Liqada yeni klub

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5944 san