17:35 15 May 2018
10588 dəfə oxunub
Çap versiyası
...

 


Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Quba avtomobil yolunun 113-cü kilometrliyində qeydə alınıb.

Yolda hərəkətdə olan “Tofaş” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşını toqquşub. Nəticədə minik avtomobilində olan bir sərnişin hadisə yerində dünyasını dəyişib, sürücü isə ağır xəsarət alıb. Xəsarət alan şəxs Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişin 26 yaşlı Qəniyev Seymur Nadirşah oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb.

Həsənpaşa İsgəndərov (hadisə şahidi): “Maşın sınıb qalmışdı. Nişan da qoymuşdu ki, bilsinlər. “Tofaş” sağla gəlib maşınları keçmək istəyəndə, “uspet” edə bilməyib dəmirlərə dəydi. Dəmirlərdən də çıxıb “Kamaz”a girdi”.

Müxtəlif bədən xəsarətləri alan 25 yaşlı Şabran şəhər sakini Əhmədov Seyidağa Dilsuz oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı istintaq araşdırmaları aparılır.



Şərh yaz




Enter Code*:

Son xəbərlər
Göyçayda müəmma - VİDEO
19:05 21.05/2018
 
Xəbər başlıqları
23-05-2018
23.05.2018 Neftin qiyməti
22-05-2018
22.05.2018 La Liqada yeni klub

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.6452 san