09:14 16 May 2018
709 dəfə oxunub
Çap versiyası
...

İyunun 13-də Moskvada FİFA-nın növbəti konqresi keçiriləcək. 

Strategiya.az-ın TASS-a istinadən yaydığı xəbərə görə, Rusiya paytaxtında müzakirə olunacaq əsas məsələ 4 il sonra Qətərdə keçiriləcək dünya çempionatı üçün iştirakçı komandaların sayının müəyyənləşdirilməsi ilə bağlıdır. 

Belə ki, Cənubi Amerik Futbol Konfederasiyası (KONMEBOL) mundial iştirakçılarının sayının 32-dən 48-ə çatdırılmasını təklif edir. Bu halda mundialdakı oyun sayı 64-dən 80-ə çatacaq. 

Lakin bu təklifin qəbul olunacağı inandırıcı görünmür. Çünki 2022-ci ildə Qətərdə noyabr-dekabr aylarında baş tutacaq mundial üçün oyun sayının artırılması problemə çevrilə bilər. 


Hazırda 48 komandalı ilk dünya çempionatının 2026-cı ildə təşkil olunacağı proqnozlaşdırılır. 8 il sonrakı yarışda iştirakçı komandalar hər birindəm 3 komanda olmaqla 16 qrupa bölünəcəklər. Qrupda ilk 2 yeri tutan komandalar 1/16 finala adlayacaq.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
“Arsenal” cərimələndi
11:55 23.05/2018
La Liqada yeni klub
16:45 22.05/2018
 
Xəbər başlıqları
23-05-2018
23.05.2018 Neftin qiyməti
22-05-2018
22.05.2018 La Liqada yeni klub

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9284 san