12:52 16 May 2018
Çap versiyası
...

Azərbaycanın müxtəlif yerlərində narkotik vasitələrin satışı ilə məşğul olanlara qarşı silsilə əməliyyatlar keçirilib.

 Sabunçu, Lerik və Salyanda narkotik vasitələrin satışı ilə məşğul olanlar saxlanılıb.


Sabunçu rayonunun polis əməkdaşları narkotik vasitələrin saxlanılması və dövriyyəsinə görə Balaxanı qəsəbə sakini Əhməd Əliyevi saxlayıblar. Əməliyyat nəticəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəlləri ilə axtarışda olan Balaxanı qəsəbə sakini Əhməd Əliyev tutulub.

Salyan rayon polisinin keçirdiyi əməliyyat zamanı isə Elburus Tağıyevin həyətyanı sahəsində kultivasiya yolu ilə becərilən 4 ədəd çətənə kolu, yaşadığı evdən çəkisi 3 kiloqram 256 qram olan tiryək aşkar edilib. Saxlanılan Elburus Tağıyev əvvəllər də məhkumluq həyatı yaşayıb.

Daha bir əməliyyat nəticəsində isə Lerikin Piran kəndində Astara sakini Ələmdar Rəhimovdan çəkisi 1 kiloqram 310 qram narkotik vasitə olan tiryək götürülüb. O, saxladığı narkotik vasitələri satmaq istədiyini etiraf edib.

Neftçala polisi də əməliyyat keçirib. Nəticədə Həsənabad qəsəbəsində 47 yaşlı Tərlan Həsənovun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən 540 ədəd xaş-xaş kolu götürülüb. Evindəndə çəkisi 51 qram olan narkotik tərkibli bitki toxumları və 27 ədəd qurudulmuş qoza aşkarlanaraq götürülüb. Şübhəli şəxs qismində saxlanılanların əkib-becərdiyi narkotik maddələr maddi sübut kimi götürülüb.

Bütün maddi sübutlar ekspertizaya təhvil olunub.



Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
26-09-2018
25-09-2018
24-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.5774 san