12:16 16 May 2018
788 dəfə oxunub
Çap versiyası
...

İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) 25-ci ildönümünə həsr olunmuş Spikerlərin Sammiti işə başlayıb.

 Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Sammitdə iştirak edir. QDİƏT PM-də nümayəndə heyətimizin başçısı, deputat Eldar Quliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim və digər rəsmi şəxslər Azərbaycan nümayəndə heyətinin tərkibinə daxildir.

Sammitin rəsmi açılışında QDİƏT Parlament Məclisinin baş katibi Asəf Hacıyev çıxış edib.

Sonra təşkilatın əhatə etdiyi coğrafiyanın iqtisadi imkanlarını xarakterizə edən film nümayiş olunub.

Təşkilatın 25 illiyi ilə əlaqədar Birgə Bəyanatın qəbul edilməsi nəzərdə tutulub.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Cəbhədən son xəbər
09:24 23.05/2018
 
Xəbər başlıqları
23-05-2018
23.05.2018 Neftin qiyməti
22-05-2018
22.05.2018 La Liqada yeni klub

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.8045 san