12:51 16 May 2018
Çap versiyası
...

Qərbi Kaspi Universiteti “ADR 100 – Məktəblilərarası LEGO xəttizləyən və Arduino sərbəst layihələri” robototexnika olimpiadası keçirir.

Universitetdən  bildiriblər ki, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə əlaqədar təşkil edilən olimpiadaya qeydiyyat mayın 16-dan başlayıb. Qeydiyyat mayın 20-dək davam edəcək.

Olimpiadanın şərtlərinə əsasən, respublika məktəblərinin V-XI sinif şagirdlərinin ikinəfərlik komanda şəklində olimpiadada iştirakı nəzərdə tutulub. Hər komanda qeyd olunan iki kateqoriyadan yalnız birində iştirak edə bilər.

Birinci kateqoriya üzrə iştirakçı komandalar universitet tərəfindən təmin ediləcək LEGO EV3 robotları ilə onlara ayrılmış iki saat ərzində xəttizləyən robot hazırlayıb əvvəldən təyin olunan xətt üzrə yarışacaq.

Qeydiyyat linki: https://forms.office.com/Pages/ResponsePage.aspx?id=te9GA_vfr0qhWQecHAMlxxZyjEZ-7U5MsUPkiz_ZzotUOFMwVDMzR0xKQTdLUk4wNktBTklBR05NRS4u

İkinci kateqoriya üzrə iştirakçı komandalar qeydiyyatdan keçdikləri zaman hazırlayacaqları Arduino sərbəst layihəsi haqqında məlumat verəcək. Arduino ilə onlara ayrılacaq müəyyən zamanda öz layihələrini hazırlayıb münsiflər qarşısında təqdim edəcəklər. Layihələrin məzmununa görə əlavə avadanlıqların istifadəsinə icazə veriləcək. Qeydiyyat bitdikdən sonra bu kateqoriya üzrə yarışa qoşulanlarla görüşlər keçiriləcək.

Qeydiyyat linki: https://forms.office.com/Pages/ResponsePage.aspx?id=te9GA_vfr0qhWQecHAMlxxZyjEZ-7U5MsUPkiz_ZzotUODVBNjlLNU1BTUQ0MFhKU1VBUjZRMVQ4MC4u

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
26-09-2018
25-09-2018
24-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.1007 san