14:05 16 May 2018
777 dəfə oxunub
Çap versiyası
...

Bakıda kirayənişin qaldığı mənzilin əşyalarını satıb.

DİN-dən verilən məlumata görə, mayın 14-də Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə Bahar qəsəbəsindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Zərərçəkmiş T.Fətəliyev bildirib ki, bir müddət əvvəl özünə məxsus 4 ədəd televizor, 2 divan, 2 kreslo, 2 xalça və digər məişət əşyalarını saxlamaq üçün tanışının evində yerləşdirib. Ev sahibi isə həmin evi kirayə veribmiş. Bu yaxınlarda həmin əşyaları götürməyə gələndə isə onları tapmayıb. Kirayədə qalan şəxs isə həmin əşyalardan xəbəri olmadığını deyib.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və şübhələr mənzildə kirayədə yaşayan Ucar rayon sakini Pünhan İbadovun üzərində cəmləndiyindən o, saxlanılıb. Törətdiyi cinayət əməlini etiraf edən bu şəxs 2 ildir ki, həmin mənzildə kirayədə yaşadığını, son bir neçə ay ərzində həmin avadanlıqları tək-tək satdığını bildirib.

 

Qeyd olunan məişət əşyalarını əşyalarının hamısı polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-05-2018
23.05.2018 Neftin qiyməti
22-05-2018
22.05.2018 La Liqada yeni klub

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.6339 san