18:22 16 May 2018
Çap versiyası
...

Tərtərdə toy mərasimində kütləvi dava olub.
 
Rayonun Heydər Əliyev prospektində yerləşən şadlıq saraylarından birində keçirilən toyda qonaqlar arasında mübahisə yaranıb.
 
Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Kütləvi dava zamanı 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
 
Tərtər Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Sarıcalı kənd sakinləri - 37 yaşlı Elmir Səmədov, 43 yaşlı Vidadi Abışov və qardaşı Nizami Abışov, habelə 48 yaşlı Feyzi Abışov, 31 yaşlı Ramin Səmədov, 26 yaşlı Abil Əliyev, 30 yaşlı Rəşad Hüseynov, 49 yaşlı Valeh Səfərov və 18 yaşlı Səfərli Kamal Valeh oğlu İmanlı Nurlan Rafel oğlunun toy mərasimində bir-birlərinə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə xuliqanlıq hərəkətləri ediblər.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-09-2018
24-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.7926 san