08:25 17 May 2018
963 dəfə oxunub
Çap versiyası
...

Ağdamın "Qarabağ" klubu yarımmüdafiəçi Əfran İsmayIlov ilə yollarını ayırıb.

Müqaviləsi bu mövsümün sonunda başa çatan 29 yaşlı yarımmüdafiəçinin sözləşməsinin uzadılmamasına qərar verilib. Millimizin üzvü Ağdam klubunun sonuncu məşqinə qatılmayıb.

Xatırladaq ki, 2006-2013-cü illərdə də "Qarabağ"ın şərəfini qoruyan Ə.İsmayılov 2015-ci ildən Ağdam klubunda çıxış edirdi.

"Qarabağ" bundan əvvəl braziliyalı yarımmüdafiəçi Pedro Enrike ilə də yollarını ayırıb. 30 yaşlı yarımmüdafiəçi klubla başa çatan müqaviləsinin uzadılmadığını açıqlayıb. O, hələlik yeni klubunun müəyyənləşmədiyini bildirib: “Həm ölkə daxilindən, həm də xaricdən təkliflər var. Hazırda şəxsi məsələlərə məşğulam. Yaxın vaxtlarda qərarımı verəcəyəm."


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5645 san