10:07 17 May 2018
926 dəfə oxunub
Çap versiyası
...

ABŞ-ın İranın dövlət xadimlərinə qarşı sanksiyaları qanunsuzdur. Mərkəzi Bankın sədrinə sanksiya tətbiq edilməsi bir daha göstərir ki, ABŞ İranın iqtisadiyyatına zərbə vurmağa çalışır.
 
Bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi bu gün keçirdiyi mətbuat konfransında deyib.
 
Bəhram Qaseminin sözlərinə görə, hərbi qurumlar və xarici siyasətlə heç bir əlaqəsi olmayan rəsmi şəxsə qarşı sanksiya tətbiq etmək siyasi etikadan çox uzaqdır.
 
Xatırladaq ki, ötən gün ABŞ-ın Maliyyə Nazirliyi İranın Mərkəzi Bankının sədri Vəliyullah Seyfini qanunsuz silahlı qruplaşmalarla əlaqədə ittiham edərək, onun adını sanksiya tətbiq edilən şəxslərin siyahısına salıb./azertac/


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Putin onun toyuna getdi
18:43 18.08/2018
 
Xəbər başlıqları
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5374 san