12:28 17 May 2018
1102 dəfə oxunub
Çap versiyası
...

"İndi mən Avropa Liqası ilə bağlı dediyim sözləri geri götürməliyəm".

Qol.az-ın məlumatına görə, bu sözləri  Avropa Liqasının finalında "Marsel"i 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra "Bein Sports"a açıqlamasında "Atletiko"nun kapitanı Qabi deyib.

 

 
İspan futbolçu ötən ilin oktyabrında Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la Madriddə 1:1 hesablı heç-heçədən sonra Avroliqa  haqda səsləndirdiyi təhqiredici ifadə ilə bağlı bunları söyləyib:
"Avroliqa barədə "it nəcisi" ifadəmə gəldikdə, bunu dediyim vaxt komandamız üçün çətin an idi. Emosiyalarımı cilovlaya bilmədim. İndi isə öz sözlərimi udmalıyam".

Finalda "Marsel" üzərində böyükhesablı qələbə barədə də danışan Qabi önəmli uğura imza atdıqlarını bildirib: "Bu kubok bizə çox şey verdi. Oyunu necə nə zaman "öldürməli" olduğumuzu yaxşı bilirik. Biz göstərdik Avropanın ən yaxşı komandalarından biriyik".

Qeyd edək ki, "Marsel"lə oyunda "Atletiko"nun sonuncu - 3-cü qoluna məhz Qabi imza atıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8011 san