17:00 17 May 2018
973 dəfə oxunub
Çap versiyası
...

Amsterdam müstəqil universitetinin alimləri ağır fiziki əməklə məşğul olan kişilərdə oturaq işlə məşğul olan kişilərlə müqayisədə erkən ölüm riskinin daha yüksək olduğunu müəyyən edib.

Bu barədə məqalə "British Journal of Sports Medicine" jurnalında dərc olunub.

Mütəxəssislər peşə ilə bağlı fiziki fəallıqla ölüm halları arasındakı qarşılıqlı əlaqəyə həsr olunmuş 2400-ə yaxın elmi işi təhlil edib.

Sözügedən tədqiqatlar 1960-2010-cu illərdə aparılıb. Sistematik icmal və meta-analizə 193,696 nəfərin iştirak etdiyi 17 tədqiqatın məlumatları daxil edilib.

 

Məlum olub ki, ağır fiziki əmək kişilərdə erkən ölüm riskini 18 faiz artırır.

Maraqlıdır ki, qadınlarda ağır fiziki əməklə erkən ölüm halları arasında hər hansı qarşılıqlı əlaqə aşkarlanmayıb./oxu.az/


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
28-05-2018
27-05-2018
26-05-2018
26.05.2018 Neft ucuzlaşdı

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9341 san