14:30 17 May 2018
972 dəfə oxunub
Çap versiyası
...

Türkiyəyə ilk kommersiya qazının çatdırılması üçün lazım olan bütün infrastruktur artıq yekunlaşıb.

"BP Azerbaijan” şirkətindən bildirilib ki, cari ilin birinci rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBK) üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib. Ümumilikdə bu işlərin ilk qaz üçün nəzərdə tutulmuş həcminin 99 faizi artıq tamamlanıb.

Bütün xətt boyunca əsas kəmər istismar qaynaqlarının hamısı tamamlanıb, kəmərin tam hazır olması üçün yalnız birləşmə qaynaqları qalır.

Gürcüstandakı birinci kompressor stansiyasına artıq karbohidrogen daxil edilib və əməliyyatlara hazırdır. Türkiyəyə ilk kommersiya qazının çatdırılması üçün lazım olan bütün infrastruktur artıq tamamlanıb. İkinci kompressor stansiyasında istismar sınaqları başlanıb və işlər qrafik üzrə irəliləyir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5737 san