17:21 17 May 2018
1050 dəfə oxunub
Çap versiyası
...

Paytaxtda avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin edilməsi, müəyyən ərazilərdə sıxlığın azaldılması məqsədilə “Bakı Dairəvi-1” yolunda dəyişikliklər edilir.

Bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən açıqlama verilib.

Belə ki, Moskva prospektinin “Şamaxinka” deyilən ərazisində sıxlığın azaldılması, həmçinin Yeni Yasamal ərazisindən çıxan və Biləcəri-Sumqayıt istiqamətində hərəkət edən avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin edilməsi üçün Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının razılığı ilə hərəkətin təşkilində müəyyən dəyişikliklər olunur. Dəyişikliklərdən sonra artıq həmin avtomobillərin “Şamaxinka” ərazisinə daxil olmadan Biləcəri-Sumqayıt istiqamətində rahat və təhlükəsiz hərəkəti təmin olunacaq.

Yenidənqurma işləri çərçivəsində “Bakı Dairəvi-1” avtomobil yolunun əsas hissəsi ilə köməkçi hissəsi arasında yerləşən səsboğucularının və dəmir-beton hissənin sökülməsi işləri aparılır. Bununla da əsas yoldan köməkçi yola yeni keçid hissə açılır.

Əsas yoldan yan yola keçid kimi hazırda istifadə olunan hissədə aparılacaq müəyyən dəyişikliklərdən sonra isə yan yoldan, yəni Yeni Yasamal ərazisindən gələn avtonəqliyyat vasitələri əsas yola keçid hissə kimi istifadə edə biləcəklər. Bunun üçün ərazidə yenidənqurma işlərindən sonra zəruri yol nişanları və təhlükəsizlik dirəkləri də quraşdırılacaq.

İşlərin qısa müddət ərzində yekunlaşdırılması məqsədilə əraziyə lazımi sayda qüvvə cəlb olunub.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neft ucuzlaşdı
10:23 26.05/2018
 
Xəbər başlıqları
28-05-2018
27-05-2018
26-05-2018
26.05.2018 Neft ucuzlaşdı

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.1421 san