20:24 19 May 2018
1135 dəfə oxunub
Çap versiyası
...

 


Bəzi dırnağarası peşəkar sürücülər unudurlar ki, bu cür davranışlar problemdən çıxış yolu deyil.

ARB 24 xəbər verir ki, yol hərəkəti qaydalarına əməl etməyənlər hər zaman xoşagəlməz məqamlarla rastlaşır – mübahisələrlə, cərimələrlə.

Sürücülərin başına gələn problemlərin əslində asan həlli yolu var – sükan arxasına əyləşərkən yol hərəkəti qaydalarına, əlini vicdanına qoyaraq daim əməl etmək. Əks halda xoşagəlməz məqamlar hər zaman yolunuzu kəsəcək. 

Qanunu pozan sürücülərin polis əməkdaşı qarşısında dedikləri görünür söz yığınından başqa bir şey deyil.

Dövlət Yol Polisi işçilərinin növbəti reydi bunu bir daha sübut etdi. Ərazidə vəzifəsini yerinə yetirən müxbirin “Niyə qaydaları pozursuz?” sualına sürücü “Get işinlə məşğul ol! Qaydanı pozmuşam, cəriməmi yazacaq” deyə cavab verdi. Amma bu sürücü, müxbirdən fərqli olaraq öz işindən və yoldakı vəzifələrində deyəsən bixəbərdir. Sükan arxasına əyləşən bu şəxs sürücülük hüququ olmadan avtomobil idarə etsə də həvəsi ona baha başa gəldi.

Cibinizdən olmaq istəmirsinizsə əsl sürücü olun, yox əgər sürücü olmaq niyyətiniz yoxdursa onda sükanı belə saxlamayın! Nəzərə almaq vacibdir ki, yollarda məsuliyyətsizlik ən azından sizin özünüz üçün problem yaradır. Necə deyərlər nümunəvi sürücülərdən ibrət alaraq imkan verin qəzasız bəlasız günlərin sayı çoxalsın.

https://www.youtube.com/watch?time_continue=1&v=QulqlNo2KCc


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7855 san