08:20 21 May 2018
3978 dəfə oxunub
Çap versiyası
...

Sərnişinlər avtobusun qapısından bayırda sallanaraq gedirlər.

 

"Xəzər Xəbər"in votsap nömrəsinə göndərilən videonun "Memar Əcəmi" metrosundan Höküməli qəsəbəsinə hərəkət edən 156 saylı marşrut avtobusunda çəkildiyi qeyd olunub.

 

Əməkdaşlarımız məsələnin təfərrüatlarını araşdırıb.

Marşrut avtobusunun sürücüləri pik saatlarda sıxlığın çox olduğunu, ancaq qapını bağlamadan hərəkət etmədiklərini deyirlər.

 

Bəzi sərnişinlər də pik saatlarda avtobusun dolu olduğunu, ancaq qapıdan sallanma hadisəsi ilə sıx-sıx qarşılaşmadıqlarını söyləyirlər.

 

Marşrut avtobusunun sahibkarının verdiyi məlumata görə isə, pik saatlarda bəzi sərnişinlər qayda-qanunlara tabe olmur və avtobusun qapısından sallanaraq getməkdə israr edirlər. Ancaq marşrut xəttində çalışan sürücülər qayda-qanunla hərəkət etmək üçün əllərindən gələni edirlər.

Ekspertlər isə bildirir ki, qapısı açıq formada hərəkət edən avtobus sürücləri 3 bal və 60 manat miqdarında cərimə edilə bilərlər.

 

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-06-2018
23-06-2018
23.06.2018 Neft bahalaşıb
22-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.644 san