10:23 21 May 2018
Çap versiyası
...

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti iclası 21-24 may 2018-ci il tarixlərində Qazaxıstanın Astana şəhərində keçiriləcək.
 
Azərbaycan XİN-dən verilən məlumata görə, Xüsusi İşçi Qrupunun Azərbaycan tərəfindən rəhbəri xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti bununla əlaqədar Astana şəhərində səfərdədir.


İclas zamanı Konvensiya layihəsi ilə bərabər Xəzəryanı dövlətlərin Dövlət Başçılarının Beşinci Zirvə Toplantısına aid digər sənədlərin də müzakirəsi nəzərdə tutulur.

Səfər çərçivəsində, həmçinin, Azərbaycan və Qazaxıstan xarici işlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
26-09-2018
25-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.4601 san