12:06 21 May 2018
840 dəfə oxunub
Çap versiyası
...

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə may ayında növbəti monitorinq həyata keçirib.

Nazirliyin mətbut xidmətindən verilən məlumata görə, may ayının II ongünlüyündə Kür çayında suyun sərfi may ayının I ongünlüyünə nisbətən 54 m3/san artaraq, 427 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində beş, Ağstafaçayda dörd, Ağstafaçay su anbarında isə iki dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

May ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, fenollar Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə iki dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 7.66-8.04 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Evindən nələr cıxdı...
22:50 23.06/2018
 
Xəbər başlıqları
24-06-2018
23-06-2018
23.06.2018 Neft bahalaşıb
22-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9266 san