13:16 21 May 2018
Çap versiyası
...


Niderlandda yaşayan soydaşımız, Niderland Jurnalistlər Birliyinin üzvü, “Connect” təşkilatının sədri Vüqar Abbasovun bu günlərdə Niderland mətbuatında Azərbaycan Demokratik Respublikasının qurulmasının 100 illiyindən bəhs edən yazısı verilib. 
https://rfgmagazine.nl/honderd-jaar-azerbeidzjan-valt-er-iets-te-vieren/
Bu barədə məlumatı soydaşımız, diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürklə söhbətində verib. Yazıda Azərbaycanın Çar Rusiyanın işğalından xilas olmasından və ADR – in qurulmasından, 1918 – ci ildə ermənilərin Azərbaycan ərazilərini işğal etmək istəməsindən, Nuru Paşanın rəhbərliyi ilə Türk ordusunun (Qafqaz İslam Ordusu) Azərbaycana kömək etməsindən və Bakının ermənilərin işğalından azad olunduqdan sonra paytaxt elan olunmasından və.s. söhbət açılıb. Daha sonra yazıda Məmməd Əmin Rəsulzadə və onun silahdaşlarından Fətəli Xan Xoyskidən, Nəsib bəy Yusifbəylidən, Məmməd Həsən Hajınskidən, Bakı Dövlət universitetinin açılmasından və s. danışılıb. ADR dövründə qadınlara verilən hüquqlardan söhbət açılaraq bildirilib ki, bu, hətta Fransa (1944) ABŞ – dan (1920) öncə olub. M.Ə. Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” deyiminin XX əsrin sonlarında başlanan mütəqillik hərəkatının şüuarına çevrildiyini yazan soydaşımız əlavə edib ki, bu il həm Azərbaycanda, həm də dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar ADR – in 100 illiyini böyük bayram kimi qeyd edəcəklər. Yazıda Azərbaycanın 1991 – ci ildə yenidən mütəqillik qazandığı, Ermənistanın Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və yeddi ətraf rayonunu işğal etdiyi, BMT – nin dörd qətnaməsinə (qətnamələrin nömrələri göstərilməklə) məhəl qoymaması, Xocalı soyqrımı xüsusi qeyd olunub. Daha sonra soydaşımız qeyd edib ki, Azərbaycan xalqı torpaqlarını sülh yolu ilə geri almağa çalışır, əgər bu alınmayacaqsa müharibə qaçılmaz olacaq. Soydaşımız yazını belə bitirib:
“Müharibə şəraitində olmasına baxmayaraq ADR 100 illiyi yüksək səviyyədə qeyd ediləcək. Azərbaycanlılar öz ölkələri ilə fəxr edirlər. Bu ili rəsmi olaraq bayram kimi qeyd etmək üçün də Azərbaycan Respublikasının Prezidenti bu ilin ADR – in 100 illik yubiley ili kimi qeyd edilməsi barədə sərəncam verib. Azərbaycan xalqı hamılıqla bu yubileyi qeyd edəcək və onlar bir daha bayraqlarının enməsinə imkan verməyəcəklərinni deyirlər. Necə ki, M.Ə.Rəsulzadə deyib: “Bir kərə yüksələn bayraq,bir daha enməz!””.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
26-09-2018
25-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.4631 san