14:38 21 May 2018
789 dəfə oxunub
Çap versiyası
...

Hacıqabulda mənzildən 4 min manatlıq qızıl oğurlanıb.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan  verilən məlumata görə, aprelin 20-də Hacıqabul rayonu Meyniman kənd sakini Nüsrət Nəsirov RPŞ-yə ərizə ilə müraciət edərək yaşadığı evdən qızıl-zinət və məişət əşyalarınını oğurlanması barədə məlumat verib.

Məlumatla əlaqədar Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerində olub, müvafiq əməliyyat-axtarış tədbirləri keçiriblər. Araşdırmalarla evdən ümumi dəyəri 4000 manat olan qızıl-zinət əşyalarının və 100 manat dəyərində məişət avadanlıqlarının oğurlandığı müəyyən edilib.

 

Polis əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayonu Meyniman kənd sakini, 26 yaşlı Rövşən Hümbətov saxlanılıb. Dindirilmə zamanı R.Hümbətov törətdiyi cinayəti etiraf edib. Oğurladığı əşyaların hamısı ondan maddi sübüt kimi götürülüb.

Faktla əlaqədar olaraq Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Evindən nələr cıxdı...
22:50 23.06/2018
 
Xəbər başlıqları
24-06-2018
23-06-2018
23.06.2018 Neft bahalaşıb
22-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0953 san