19:05 21 May 2018
9040 dəfə oxunub
Çap versiyası
...

Göyçay rayonunda istixanada yetişdirilən pomidor gecə ilə məhv edilib.

Rrayonun Şıxbəy kənd sakini Yazgül Şəfiyeva bildirib ki, uzun illərdir ailəsinə məxsus pay torpağında tərəvəzçiliklə məşğul olur. Qohumundan borc aldığı pulla Bakıdan gətirdiyi 1600 ədəd pomidor şitilini mart ayında istixanada əkib. Bu günlərdə məhsul toplamağa başlayan qadın fermer gecə saatlarında naməlum şəxslər tərəfindən istixanasının dağıdıldığını, şitillərin doğranılaraq məhv edildiyini deyib. Ailə üzvləri bunun qəsdən edildiyini bildirib.

 

Təsərrüfat sahibi mülkiyyətində olan pay torpağında qurduğu istixananın qəsdən dağıdılması barədə Göyçay rayon Polis Şöbəsinə məlumat verib.

Polis əməkdaşları hadisə yerinə baxış keçirib, izahat alınıb.

Faktla bağlı araşdırma aparılır.

 



 

 

 

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2018
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava
22-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.2057 san