08:16 22 May 2018
890 dəfə oxunub
Çap versiyası
...

Mayın 21-də günorta saatlarında paytaxtın Binəqədi rayonunda Əhməd Rəcəbli küçəsi - 304 ünvanındakı kafedə baş verən partlayış nəticəsində ölənlərin kimliyi məlum olub.

Strategiya.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı yanmış meyitləri tapılmış şəxslərin 1969-cu il təvəllüdlü İbrahimova Gülənaz Rəhim qızı və 1963-cü il təvəllüdlü Saatov Söhrab Yusif oğlu olduğu məlum olub.

Qeyd edək ki, daha 2 nəfər, 1965-ci il təvəllüdlü İbrahimova Şəkər Xosrov qızı və 1974-cü il təvəllüdlü İbrahimov Natiq Zahid oğlu müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılmışdı.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Evindən nələr cıxdı...
22:50 23.06/2018
 
Xəbər başlıqları
24-06-2018
23-06-2018
23.06.2018 Neft bahalaşıb
22-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7154 san