15:32 22 May 2018
912 dəfə oxunub
Çap versiyası
...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bayıl yamacındakı sürüşmə sahəsində 11 mayak quraşdırıb. Onlara müntəzəm baxış keçirilir. Monitorinqlərin nəticələrinə görə, hazırda sürüşmə sahəsində vəziyyət stabildir, ciddi dəyişiklik və aktivlik qeydə alınmayıb.

Bu barədə nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Xatırladaq ki, mayın 15-də Səbail rayonunda yerləşən Bayıl yaşayış sahəsi, Buxta küçəsində sürüşmə prosesi baş verib. Nəticədə üç ev tamamilə dağılıb, 22 evin sakini isə köçürülüb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
İsmayıllıda yanğın
09:34 19.08/2018
 
Xəbər başlıqları
20-08-2018
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7359 san