16:32 23 May 2018
1169 dəfə oxunub
Çap versiyası
...

Səhər qalxarkən hər kəsin əməl etdiyi bir ritualı vardır. Zəngli saata beş dəfə basmaq, günə başlamadan öncə bir neçə dəfə vücudu açmaq üçün hərəkətlər etmək və ya otuz dəqiqəlik duş almaq...

Bəs günə başlayarkən həyata keçirdiyiniz vərdişlərin eyni zamanda artıq çəki almanıza səbəb ola biləcəyini bilirsinizmi?

 

1. Qaranlıqda oyanmaq

"PLOS One” dərgisində yayımlanan bir araşdrımaya görə, səhər ayılarkən pərdələri qapalı saxlasanız, Günəşin sizə hədiyyə etdiyi kalori yandırmaq seansından məhrum qalarsınız. Araşdırma oyanır-oyanmaz Günəş işığı alanların bədən kütlə indeksinin (VKİ) daha aşağı olduğunu təsbit edib. 20-30 dəqiqəlik gün işığı VKİ-nə təsir etmək üçün yetərlidir.

2. Çəkini yoxlamaq

"Beynəlxalq Artıq Çəki ilə Mübarizə” dərgisində yer alan araşdırmaya görə, çəkilərini gec-gec yoxlayan insanlar tez-tez yoxlayanlarla nisbətdə daha çox artıq çəki qazanır. Çəkini yoxlayarkən bu prosedur arasındakı zaman məsafəsini sabit tutanlar daha sağlam, qida rasionu da daha standart olur.

3. Qəlyanaltı etməmək

"Qəlyanaltı günün ən önəmli payıdır” deyirlər. Qida və idman mütəxəssisi Ketlin Alleyaumaya görə, qəlyanaltısız günə başlarsanız, gün ərzində qeyri-sağlam yemək rasionunuz olacaq. Əlavə olaraq, qəlyanaltı günün enerji deposunu təşkil edir. Mükəmməl səhər yeməyi kofein istəyini əngəlləməyə yardımçı olur.

4. Yatağı düzəltmək

Səhər qalxarkən yatağınızı qaydaya salmaq kimi kiçik detallara qarşı diqqətsiz ola bilərsiniz. Ancaq belinizin sağlamlığını düşünürsünüzsə, bu haqda bir az düşünün. Bir Milli Yuxu Fondu araşdırmalarına görə, yatağını düzəldənlər düzəltməyənlərə nisbətdə 19% daha yaxşı dincələr bilirlər. Yaxşı bir gecə yuxusu vücud kütlə indeksinin də aşağı olması deməkdir. "Vərdişlərin gücü” adlı kitabın müəllifi Çarlz Duhinq daimi şəkildə yatağını qaydaya salanların daha möhkəm iradəyə sahib olduqlarını deyib.

5. Daha çox qəhvə, az su içmək

Səhərlər çox qəhvə içmək və bu miqdarı su ilə tarazlaşdırmaq sağlamlıq üçün ciddi problemlər yarada bilər. Vücudun suya ehtiyacı var. Çünki metabolizm prosesini sürətləndirir, beyinə yanacaq ötürür və zərərli maddələri bədəndən xaric edir. Səhər su içmək ona görə faydalıdır ki, vücudun gecə boyunca itirdiyi enerjini geri qaytarmağa kömək edir.

6. Zəngli saatı təxirə salmaq

Yuxusuzluq, adətən, zəif qida qəbulu və artıq çəki ilə bağlı yaranır. Az və narahat yuxu insanın diqqətinə təsir edir və onu süni, ayaqüstü qidalar qəbul etməyə sövq edir. Eyni zamanda, çox uzun müddət yatmaq da eyni təsir gücünə malikdir. Uzunmüddətli yuxu qan şəkərində dalğalanma və artıq çəki kimi problemlərə yol açır.

Bu vərdişləri qaydasına salmaqla sağlamlığınıza muğayat olun və xoşbəxt olmağı unutmayın./publika.az


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Həcc ziyarəti başlandı
10:23 17.08/2018
 
Xəbər başlıqları
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5404 san