15:20 23 May 2018
1055 dəfə oxunub
Çap versiyası
...

Tovuz Gömrük İdarəsinin əməkdaşları aksiz markasız araqların realizə edilməsinin qarşısını alıblar.
 
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Bakı şəhəri istiqamətində hərəkət edən "Setra S215HD" markalı sərnişin avtobusu Tovuz rayonunun avtovağzal ərazisində saxlanılıb. Avtobusun yük yerinə baxış zamanı oradakı üç karton qutuda Azərbaycanın aksiz markasıyla markalanmayan araqların olduğu müəyyən edilib.
 
Daha sonra avtobusa Tovuz Gömrük İdarəsinin inzibatı binasının həyətində təkrar baxış keçirilib. Nəticədə, karton qutularda "Nemiroff" adlı 1 litrlik ölçüdə 48 ədəd araq aşkar olunub.
 
Faktla bağlı araşdırma aparılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
AKP heyəti qəzaya düşüb
08:31 17.08/2018
 
Xəbər başlıqları
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7905 san