17:27 23 May 2018
1085 dəfə oxunub
Çap versiyası
...

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə bütün qardaş Azərbaycan xalqına Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Türkmənistanda Azərbaycan Respublikası ilə hüquq bərabərliyi, qarşılıqlı səmərə, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan münasibətləri yüksək qiymətləndiririk. Əminəm ki, qardaş ölkələrimiz arasında yaranmış əməkdaşlığın və qarşılıqlı anlaşmanın yüksək səviyyəsi xalqlarımızın rifahı naminə Türkmənistan-Azərbaycan ikitərəfli münasibətlərinin bundan sonra da durmadan inkişaf etməsi və möhkəmlənməsi üçün etibarlı təməl olacaq.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, şəxsi səadət və firavanlıq, qardaş Azərbaycan xalqına sülh, tərəqqi və əmin-amanlıq diləyirəm".


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-06-2018
22-06-2018
22.06.2018 Neft bahalaşıb
21-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9415 san