17:38 23 May 2018
8059 dəfə oxunub
Çap versiyası

 

LƏTİFƏ: Müsabiqədə iki nəfərə ayrı-ayrılıqda sual verirlər: “Piyadalar üçün nəzərdə tutulan yeraltı keçiddən istifadə edirsinizmi?” Birinci azərbaycanlı cavab verir:

– Bəli. Əgər yeraltı piyada keçidi varsa, hökmən yolu onun vasitəsiylə keçirəm.

– Niyə?

– Əgər yolun üstüylə keçsəm, bu sahəyə nəzarət edənlər məni saxlayar, 20 manat cərimə edərlər. Mən isə kasıb adamam, ailə büdcəmə heç nədən bu qədər ziyan vura bilmərəm.

Eyni suala ikinci azərbaycanlı da eyni cavabı verir:

– Bəli. Əgər yeraltı piyada keçidi varsa, yolu hökmən oradan keçirəm.

– Niyə?

– Qanunun tələbi və təhlükəsizliyim naminə.

Sualı verən nəticə çıxarır:

– İkincinin qanını analizə göndərin. Əsl azərbaycanlıya oxşamır. Qarışığı var. (SON)

Yəqin ki, yazının girişini lətifədən daha çox real hadisəyə bənzədəcəksiniz. Polis nə qədər cəza tədbiri görsə də, bu acı statistikanı mütəmadi ictimaiyyətə açıqlasa da cəmiyyət düzəlmir ki, düzəlmir. Polis özü də bezib cərimə etməkdən. Düz yeraltı piyada keçidinin yanında dayanıb qanunu pozaraq maşın yolundan keçmək istəyənləri fışdırıqla, əl-qol hərəkətləriylə, yüksək səslə geri qaytarmaq istəyirlər. Yenə də elələri tapılır ki, polisin gözünün içinə baxa-baxa, həyasızcasına yolu elə istədikləri kimi də keçirlər – “neyləyim e, ayağım ağrayır, dizlərim tutulub. Pilləkənləri enə bilmirəm” – deyirlər. Bəzi keçidlərdə quraşdırılan eskalatorlar da bu bəhanələrə son qoya bilmir. “Sizi görmədim. Əvvəldən görsəydim keçidə enərdim. Bir də ki... nə üstümə düşmüsünüz e... Ay polis, elə danışırsan ki, elə bil adam-zad öldürmüşəm...” deyənlər də tapılır.

Mən hələ ən xırda bir pozuntunu qeyd etdim. Daha dəqiq desəm, bu qanun pozuntusunu indiyədək – yazımın mənfi qəhrəmanları dediyi kimi – xırda sayırdım. Bir yas mərasimində iştirakdan sonra anladım ki, bundan böyük günah yox imiş.

Günah – əsasən dini anlamda işlənir. Ədəbi dilimizdə, gündəlik danışıqda bu sözü,yaxud da “suç”, “qəbahət” sözlərini işlətsək də, inzibati leksikonda yalnız “təqsir” sözü əsas yer tutur. “Filankəs filan cinayətdə təqsirkar bilinərək ... il müddətinə azadlıqdan mərhum edilib”. “Qələt” isə artıq söyüş leksikonuna daxil edilib.

Elə bilməyin ki, filoloqluğum tutub. Leksikologiyadan moizə oxumaq istəyirəm sizə. Əsla. Sadəcə, cəmiyyətdə elə bir təsəvvür var ki, elədiyimiz günahlara görə bizdən yalnız Haqq dünyasında sorğu-sual olunacaq. Kimi kiçik günahları bağışlanmaqla Cənnətə düşəcək, kimi də böyük günahlarına görə Cəhənnəmə. Əsas böyük günahlar isə bunlardır: “Allaha şərik qoşmaq (şirk), adam öldürmək, kiminsə zina etdiyini iddia etmək, zina etmək, cihaddan qaçmaq, sehr və cadu ilə məşğul olmaq, yetimin malını yemək, valideynin üzünə ağ olmaq, bəndənin haqqını tapdamaq (haqq yemək), Məkkənin harəm ərazisində günah etmək, faiz yemək, oğurluq etmək, içki içmək, qumar oynamaq”. Kimsə son cümləmi oxuyub artıq hara gedəcəyini müəyyən etdi. Cənnətin qapısına indidən qıfıl vurdu. İçki içən biri kimi mən də...

İndi sizdə sual yarana bilər. Burda yolu yeraltı piyada keçidindən keçməyənlər haqqında heç nə yazılmayıb axı?! Yazılmayıbsa, nəyi böyük günahdır?

Yas mərasimlərində molla danışmağına danışır, amma çox az adam ona qulaq asır. Bircə, Fatihə surəsi oxunanda ortaya ani sükut çökür. Bir dostumuzun atasının 40 mərasimindəydim. Molla cavan oğlan idi. Xarici görünüşündən, geyimindən də mollaya oxşamırdı. Molla cavan olanda, ağıllı-ağıllı danışanda, adama məsləhətlər verəndə isə heç qəbul edə bilmirəm. Biz öyrəşmişik ki, bizə özümüzdən yaşlılar, valideynlər nəsə deyələr. Əməl etməsək də qulaq asmaq borcumuzdur. Cavab qaytarsaq, bu, “valideynin üzünə ağ olmaq” kimi böyük günah sayılır.

Amma... Bu molla yol hərəkəti qaydalarından başladı. Demə biz yolu qanunda təsbit edildiyi kimi yeraltı keçiddən deyil, maşın yolundan keçsək və bu zaman bizi avtomibil vurub öldürsə bu, intihar sayılır. İntihar isə dinimizdə haram, günah buyrulub. Bu həm də sürücünün hərəkətini əngəlləmək, onu xataya salmaq, dini dildə desək günah – onun haqqına girmək sayılır. Əgər biz sərxoş vəziyyətdə, sürücülük vəsiqəsiz, yaxud da ki, qaydalara riayət etmədən maşın sürüb qəza törətmişiksə və nəticədə insan və ya insanlar həyatlarını itiribsə, deməli caniyik – adam

öldürmüşük. Bunlar dində böyük günah sayılır. Cinayət məcəlləsindəki bütün maddələri sadalasam, çox uzanar. Məqsədim isə başqadır.

Bir hüzr məclisində cavan bir mollanın adi yol hərəkəti qaydası pozuntusunu dini baxımdan bu cür əsaslandırmasının 52 yaşlı mənə müsbət təsiri oldu. 20, 50, 100 manatlıq cərimədən, ballardan yox, böyük günahlardan özümü qorumaq üçün, istisna hallarda pozduğum bu “kiçik” qaydalara bundan sonra sözsüz əməl edəcəyəm.

DİN əməkdaşlarına qanunlarımızın keşiyində uğurlar. Mütərəqqi din xadimlərimizə isə bu cür həyati vacib təbliğata görə minnətdarlığımı bildirirəm.

 

19 may 2018


Müəllifin digər yazıları

  1. DİN və din
  2. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  3. NİZAMİ, QABİL BURDADI?
  4. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  5. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  6. "Arvad, qadın və sekskukla"
  7. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  8. Mahir Qabiloğlu - "Arvad və maşın"
  9. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  10. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  11. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  12. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  13. LUSİNE NERSESYAN, CAN, CAN...
  14. BULUDXAN XƏLİLOV VƏ MƏN
  15. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  16. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  17. AzTV nədir?
  18. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  19. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  20. TÖHMƏT
  21. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  22. JURNALİST VƏ XORUZ
  23. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  24. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  25. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  26. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  27. QAN
  28. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  29. Atam Qabilin “dərs”i
  30. “QATİLƏ”
  31. Hidayət Zeynalov nəvə toyu görmədi
  32. Öl deyəndə öl, qal deyəndə qal
  33. Arvada işim düşür...
  34. QURD YAĞI
  35. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  36. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  37. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  38. GÖZƏL İBRAHİM
  39. Zaur, bizi yetim qoyma!
  40. Mahir Qabiloğlunun köhnə arzuları
  41. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  42. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  43. Əmir Mustafayevin toyu
  44. HİDAYƏT VƏ FATMA
  45. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  46. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  47. Arvad, Allah verəndən gətir!
  48. İsmayıl Şıxlının böyük günahı
  49. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  50. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  51. Q. idi, Mən idim, Ş. idi...
  52. Bacarırsan yaşa, Bacarmırsan öl
  53. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  54. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  55. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  56. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  57. Sona Tağıyevanın məktəbi
  58. KİTAB OĞRUSU
  59. Ağasəlim Abdullayev, bağışla!
  60. BİZİM TELLİ PƏNAHQIZI
  61. Hacıbala Abutalıbovun Kişi sözü
  62. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  63. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  64. AĞACIN QARĞIŞI
  65. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  66. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  67. Milli komandamıza qara zurna kömək olsun
  68. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  69. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  70. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  71. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  72. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  73. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  74. RADİO VƏ DEPUTAT
  75. POLİS NƏCİB PEŞƏDİRMİ?
  76. Leyla Yunus papağı polisin başından qapdı və ...
  77. BOZQIRIN YALQUZAĞI
  78. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  79. DEBİL ARMEN -2
  80. DEBİL ARMEN - I
  81. Təhsil Nazirliyi və TQDK bir olsa...
  82. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  83. Vəzifəli balasından şikayət məktubu
  84. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
“Canlı oyuncaq”
08:36 12.06/2018
Həyatın tablosu
08:32 08.06/2018
Altaylardan gələn Kişi...
08:24 06.06/2018
 
Xəbər başlıqları
21-06-2018
20-06-2018
20.06.2018 Yay gəlir...
20.06.2018 Neft bahalaşıb
20.06.2018 Həbs edildi
19-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8739 san