08:29 24 May 2018
Çap versiyası
...

Türkiyədə rəsmi səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəman ilə görüşüb.

Komitədən  verilən məlumata görə, görüşdə bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

İsmayıl Qəhrəman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə toxunub və bildirib ki, “Qarabağ bizim milli məsələmizdir. Çox təəssüf ki, bütün dünyanın gözü önündə böyük haqsızlıq yaşanmaqdadır. Dünya bu və buna bənzər haqsızlıqlara qarşı seyrçi qalmamalıdır”

Fuad Muradov isə hər bir azərbaycanlının qəlbinin Türkiyə ilə döyündüyünü deyib. O, əmin olduğunu bildirib ki, gələcəkdə iki dövlət birlikdə daha böyük işlər görəcək. F.Muradov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti

İlham Əliyevin iki ölkənin işıqlı gələcəyi üçün çalışdıqlarını qeyd edib. Komitə sədri əlavə edib ki, xalqlarımız arasında sülh və dostluq körpüləri ulu öndər Heydər Əliyev tərəfindən qurulub.

Görüş Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Cəbhədən SON XƏBƏR
09:57 23.09/2018
Cəbhədən SON XƏBƏR
09:54 22.09/2018
 
Xəbər başlıqları
24-09-2018
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava
22-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
4.1433 san