11:05 24 May 2018
1084 dəfə oxunub
Çap versiyası
...

ABŞ-ın gündəlik neft istehsalı 10,72 milyon barreli keçib.

Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətdə gündəlik orta hesabla 2 min barrel artaraq 10 milyon 725 min barrelə çatıb. Bu, ölkə tarixində neft hasilatının ən yüksək göstəricisidir. Ölkədə neft istehsalı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.

Bundan başqa, ABŞ-ın gündəlik neft hasilatı son 19 həftənin 18-də artım göstərib.

Ötən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə gündəlik 558 min barrel artaraq 8,16 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracı isə əvvəlki həftə ilə müqayisədə gündəlik 818 min barrel azalaraq 1,75 milyon barrel olub.

Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, tezliklə ABŞ dünyanın ən böyük xam neft istehsalçı ola bilər.

EIA-nın may ayı üzrə proqnozuna görə isə, ABŞ-ın xam neft istehsalı bu il sutkalıq orta hesabla 10,7 milyon barrel, gələn il isə 11,9 milyon barrel olacaq. Bununla da ABŞ-ın dünyanın ən böyük neft hasilatçısı olan Rusiyanı geridə qoyacağı gözlənilir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neft bahalaşıb
09:14 22.06/2018
 
Xəbər başlıqları
23-06-2018
22-06-2018
22.06.2018 Neft bahalaşıb
21-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.4308 san