11:47 24 May 2018
2175 dəfə oxunub
Çap versiyası
Elçin Əhmədov
Siyasi elmlər doktoru, professor, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri

“Qafqaz üçlüyü” filmində Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunurlar. Filmin ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengelaya və Fuad İbrahimbəyovdur. Filmin çəkilişi zamanı bir nəfər də olsun azərbaycanlı iştirak etməyib (nəzərə alsaq ki, Rüstəm İbrahimbəyov çoxdan öz əsl azərbaycanlı kimliyini itirib).

Bu fikirləri  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov “Qafqaz üçlüyü” filminə münasibət bildirərkən deyib.

Azərbaycan əleyhinə ssenarisi R.İbrahimbəyov tərəfindən məqsədyönlü və qərəzli şəkildə yazılmış bu filmə diqqət yetirdikdə burada tarixi faktların, mövcud reallıqların, baş verən hadisələrin təhrif olunduğu, qərəzli və yalan məlumatların yer aldığı açıq-aydın görünür. Çünki milli hisslərini, milli mənsubiyyətini, milli dəyərlərini, ermənilərin pulu ilə satın alınmış vicdanını, insani keyfiyyətlərini itirən, Azərbaycan xalqını daim aşağılamağa çalışan Rüstəm İbrahimbəyov kimi "məşhur ssenarist"in Dağlıq Qarabağda baş verən hadisələr, torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğal olunması yəqin ki, heç yadına da düşmür.

Qeyd etmək lazımdır ki, 1988-ci il hadisələri başlayan gündən Dağlıq Qarabağ məsələsi İttifaq mətbuatının səhifələrində geniş şərh olunsa da, informasiya blokadası Azərbaycanın mövqeyini görünməyə qoymur, mərkəzin təbliğat maşını hadisələri birtərəfli işıqlandırırdı. Münaqişə başlayandan İttifaq orqanlarının birtərəfli mövqeyi (kütləvi informasiya vasitələri və mərkəzi mətbuatın ermənipərəst çıxışları) özünü açıq-aşkar göstərirdi. Ermənilərin mərkəzi mətbuat vasitəsilə Azərbaycana qarşı apardıqları yalan və böhtan kampaniyası münaqişənin gedişində də öz təsirini göstərirdi. Erməni lobbisinin təsiri altında olan mərkəzi mətbuatdakı yazıların bir çoxunda belə bir fikir var idi ki, Dağlıq Qarabağ barədə ərazi iddialarının həllində ermənilərin marağı nəzərə alınmalıdır. Bu işdə ermənilərin siyasi mənafelərini təmsil edən bir sıra rəsmi və qeyri-rəsmi xadimlər xüsusilə canfəşanlıq göstərirdilər. O dövrdə erməni lobbisinin təsiri altına düşənlərin istər SSRİ məkanında, istərsə də xarici ölkələrdə erməniləri müdafiə məqsədilə etdiyi çıxışlar onu göstərirdi ki, onlar bu məsələdə tamamilə məlumatsız (?) idi və yalnız ermənilər tərəfindən əldə etdikləri saxta materiallara əsaslanırdılar. Mərkəzin himayədarlığı ilə Azərbaycana qarşı ərazi iddialarını və təcavüzünü davam etdirən ermənilər SSRİ-nin süqutu ərəfəsində məsələni beynəlxalq səviyyəyə çıxarmağa səy göstərirdilər. Erməni emissarları dünyanın müxtəlif ölkələrinə səfərlər edərək öz iddialarını həyata keçirmək üçün problemi beynəlxalq səviyyəyə qaldırmağa çalışırdılar.

Bu gün də bu proses davam edir. Amma başqa formada. Ermənilərin tarixi və etnik problemləri ilə məşğul olmayan Rüstəm İbrahimbəyov və onun kimi sapı özümüzdən olan baltalar erməni lobbisinin təsiri ilə birdən-birə parlamaq istəyirlər. R.İbrahimbəyov bədnam filmdə “əziyyət çəkmiş” ermənilərin halına acıyaraq onların daimi təəssübkeşlərindən birinə çevrilib. R.İbrahimbəyov və onun kimilər Dağlıq Qarabağ məsələsinə münasibətdə anti-Azərbaycan mövqe tutaraq, hadisələrə birtərəfli, qərəzli mövqedən yanaşırlar.

Filmdə Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi “vəhşi azərbaycanlılar”ın “dinc ermənilər”ə qarşı qəddarlığını göstərməkdir. Bununla yanaşı, filmdə erməninin “cəzalandırılması” aksiyasının sakinlər tərəfindən necə coşqu ilə qarşılandığı və əslində, bu qəddarlığın xalqımızın mentalitetində oturuşduğunu beynəlxalq auditoriyaya təqdim etmək niyyəti aydın şəkildə özünü büruzə verir. Hətta öldürülən oğlunun xəbərini almaq niyyətilə Azərbaycana gələn qoca erməninin sonda hava limanında Sərhəd Xidmətinin əməkdaşı tərəfindən necə qəddarcasına döyüldüyü təsvir olunur.

Həqiqət isə tam əksinədir. 1988-1994-cü illər ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanda uşaqların qətlə yetirilməsi ilə bağlı kifayət qədər faktlar var.1988-ci ildə azərbaycanlılar Ermənistan SSR-dəki doğma yurd yerlərindən zorla qovulan zaman 216 soydaşımız qətlə yetirilib ki, onların da 57-si qadın, 23-ü uşaqdır. Ancaq şahidlərin sözlərinə görə, öldürülən uşaqların sayının daha çox olması haqqında faktlar da var. Yəqin, "məşhur ssenarist" bunu da bilməmiş olmaz. 1988-ci il dekabrın 5-də ermənilər Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq edib, borunu hündür uçurumdan dərəyə ataraq uşaqları qətlə yetiriblər. Həmin ilin noyabrında Quqarkda (Qarakilsə-Pəmbək mahalı) 5-12 yaşlarında 70-ə yaxın uşağı yenə boruya dolduraraq hər iki tərəfini bağlayıblar. Qətliamın üstü yalnız 1988-ci ilin dekabrında baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər tərəfindən açılıb.

İnsani keyfiyyətlərini itirən "məşhur ssenarist"ə xatırlatmaq lazımdır ki, Xocalıda vəhşicəsinə öldürülən 613 nəfərdən 63-ü uşaq idi. Bu kütləvi qırğın, vandalizm aktı zamanı 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib, başları kəsilib, yaxud başlarının dərisi soyulub, gözləri çıxarılıb, hamilə qadınlar süngü ilə deşik-deşik edilib. Xəsarət alanlardan 487 nəfəri şikəst olub ki, onlardan 76 nəfəri azyaşlıdır.

Heç şübhəsiz ki, Əkrəm Əylislinin “Daş yuxular” cızmaqarasından sonra Rüstəm İbrahimbəyovun öz xalqına qarşı bu yaramaz, xəyanətkar və şərəfsiz davranışı bütün dünyada azərbaycanlıları ən neqativ fonda təqdim etmək üçün yeni əsas yaradır. Azərbaycanlı tərəfindən “etiraf” olunan bu “həqiqətlər” dünya erməniliyi üçün əsl hədiyyədir. Heç də istisna deyil ki, bu filmin maliyyə mənbəyi yaxşı araşdırılarsa, bir başa və ya dolayısı ilə ermənilərlə bağlı olduğu üzə çıxar. Torpaqlarının 20 faizi işğal altında olan, həmin ərazilərdə bütün milli-mədəni irsi dağıdılmış, on minlərlə azərbaycanlının həlak olduğu, uşaqlarının, qadınlarının, qocalarının qəddarcasına, işgəncə ilə qətlə yetirildiyi bir xalqın nümayəndəsinin bu “etirafları” milli xəyanətin, insan mənəviyyatının deqradasiyası və alçalmanın, öz milli köklərinə, xalqına nifrətin bariz nümunəsidir.

"Məşhur ssenarist"ə xatırlatmaq lazımdır ki, Ermənistan silahlı qüvvələrinin və erməni terror təşkilatlarının azərbaycanlı əhaliyə qarşı Xocalıda insanlığa sığmayan və misli görünməmiş qəddarlığı hadisədən az sonra dünyanın ən nüfuzlu mətbuat orqanlarının səhifələrində də öz əksini tapıb. Erməni lobbisinin geniş fəaliyyət göstərdiyi Fransada nəşr olunan “Valer aktuel” jurnalı 1992-ci il 14 mart tarixli sayında ermənilərin ən müasir texnikası və muzdlu dəstələri haqqında məlumat verərək yazırdı: “Bu “muxtar regionda” erməni hərbi birləşmələri Yaxın Şərqdən gələnlərlə birlikdə ən müasir hərbi texnikaya, o cümlədən vertol-yotlara malikdirlər. ASALA-nın Livanda və Suriyada hərbi düşərgələri və silah-sursat anbarları var. Ermənilər Qarabağ azərbaycanlılarını məhv etmiş, 100-dən çox müsəlman kəndində qırğın törətmişlər”. Xarici mətbuatda, elə Rusiya mətbuatında da kifayət qədər belə danılmaz faktlar var.

Mənəviyyatdan və insaniyyətdən uzaq müəllif ciddi cəhdlə göstərməyə çalışır ki, münaqişənin kökündə ermənilərin türklərə və azərbaycanlılara qarşı nifrəti, onların işğalçılıq iddiası deyil, məhz azərbaycanlıların ermənilərə qarşı dərin nifrəti amili durur. Bu film Rüstəm İbrahimbəyovun öz xalqının “vəhşi” obrazını yaratmaqla aşağılaması fonunda şəxsini böyük “humanist” kimi qələmə vermək cəhdidir. Ağlını və vicdanını erməni puluna satmış “məşhur ssenarist”ə xatırlatmaq lazımdır ki, Qarabağ hadisələrinin iştirakçısı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri, yazıçı-şair Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırımı haqqında yazır: "Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".

“Məşhur ssenarist” yəqin ki, digər bir erməni müəllif, hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xeyriyan Xocalıda ermənilərin azərbaycanlıların başına gətirdikləri müsibətləri də bilməmiş olmaz. Adıçəkilən erməni yazıçı "Xaç uğrunda" kitabının 19-76-cı səhifələrində Xocalı soyqırımında baş verənləri belə təsvir edərək yazır: "Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən polkovnik-leytenant Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız cəsədinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Mən beləcə 1200 cəsədin üstündən keçdim".

"Məşhur ssenarist"ə mənfur kitabdan daha bir fakt: "Martın 2-də "Qaflan" erməni qrupu cəsədləri yandırmaqla məşğul olurdu və 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 kilometrliyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o, yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o, hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacağam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi"...

Sonda qeyd etmək lazımdır ki, Azərbaycan xalqını daim aşağılamağa çalışan Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu “Qafqaz üçlüyü” filmi və onun kimi milli mənsubiyyətini, hətta insani keyfiyyətlərini də itirən bəzi sapı özümüzdən olan baltaların bu “fədakarlığı” Azərbaycana və azərbaycanlılara qarşı dərin nifrətin və düşmən münasibətin açıq təzahürüdür.


Müəllifin digər yazıları

  1. Elçin Əhmədov: “Qafqaz üçlüyü” filmi Azərbaycana və azərbaycanlılara qarşı dərin nifrətin açıq təzahürüdür
  2. AZƏRBAYCANIN MILLİ MARAQLARINI HƏR ZAMAN UCA TUTAN DAHİ LİDER
  3. Elçin Əhmədov: Azərbaycan-Türkiyə dostluğu, həmrəyliyi və strateji tərəfdaşlığı bütün dünya üçün nümunədir
  4. Elçin Əhmədov: Prezident İlham Əliyev Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyini bəyan etdi
  5. ERMƏNISTANIN AZƏRBAYCANA QARŞI ƏRAZI İDDIALARI VƏ HƏRBİ TƏCAVÜZÜNÜN BAŞLAMASINDAN 30 İL KEÇIR
  6. ELÇİN ƏHMƏDOV: 20 YANVAR - MÜSTƏQİLLİYƏ GEDƏN YOLDA XALQIMIZIN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SALNAMƏSİ
  7. Elçin Əhmədov: Bu qərar Azərbaycan Prezidentinin dövlətçilik tariximizə və ənənələrimizə böyük dəyər verdiyinin bariz nümunəsidir
  8. MÜASİR DÖVRDƏ AZƏRBAYCANIN DİNAMİK İNKİŞAFI VƏ TARİXİ NAİLİYYƏTLƏRİ - (2003-2017-CÜ ILLƏR)
  9. Elçin Əhmədov: Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığı regional təhlükəsizliyin mühüm platformasına çevrilir
  10. Azərbaycanın daxili və xarici siyasətində multikultural və tolerant dəyərlər
  11. Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik parlamentli respublika
  12. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  13. Elçin Əhmədov: AŞPA-nın Türkiyə ilə bağlı qərarı qərəzlidir, islamofobiyanın və ikili standartların daha bir nümunəsidir
  14. Elçin Əhmədov: Aprel doyüşləri Azərbaycan ordusunun gücünü göstərməklə yanaşı, Ermənistanda dərin hərbi və siyasi böhrana gətirib çıxartdı
  15. Qaradağlı soyqırımı - Xocalı soyqlrımının başlanğıcı idi
  16. Biz nəinki Cocuq Mərcanlıya, eləcə də Daglıq Qarabaga, Xankəndinə, Xocalıya və Şuşaya qayıdacagıq!
  17. QANLI 20 YANVAR – MÜSTƏQİLLİYƏ GEDƏN YOLDA XALQIMIZIN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SALNAMƏSİ
  18. Güclü siyasi lider, novatorluq və dinamik inkişaf
  19. AZƏRBAYCANIN MÜSTƏQİL XARICİ SİYASƏT KURSU VƏ QƏRBİN İKİLİ STANDARTLAR SİYASƏTİ
  20. ELÇİN ƏHMƏDOV: "Boyük dövlətlərin mövqeyi təcavüzkar Ermənistanın vaxt uzatmaq siyasəti ilə üst-üstə düşür"
  21. Azərbaycan dünya miqyaslı forumların keçirildiyi mühüm məkana çevrilmişdir
  22. AZƏRBAYCAN – TÜRKİYƏ HƏMRƏYLİ VƏ STRATEJİ TƏRƏFDAŞLIĞININ MÜHÜM GÖSTƏRİCİLƏRİ
  23. AZƏRBAYCAN - İRAN - RUSİYA ÜÇTƏRƏFLİ ƏMƏKDAŞLIĞI REGİONAL TƏHLÜKƏSİZLİYIN MÜHÜM PLATFORMASIDIR
  24. Ermənistanın hərbi təcavüzünün nəticələri – Ağdamın işgalından 23 il keçir
  25. HEYDƏR ƏLİYEVİN ERMƏNİLƏRİN ƏSASSIZ ƏRAZİ İDDİALARINA QARŞI MÜBARİZƏSİ (1969-1982)
  26. HEYDƏR ƏLİYEVİN SİYASİ KURSU DİNAMİK ŞƏKİLDƏ İNKIŞAF ETDİRILİR
  27. Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik, parlamentli respublika
  28. AZƏRBAYCANI QARABAĞSIZ TƏSƏVVÜR ETMƏYƏN DAHİ LİDER
  29. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  30. Azərbaycan Prezidenti İlham Əliyev: “Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın”
  31. Müasir geosiyasi şəraitdə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı dinamik inkişaf etdirilir
  32. Qaradağlı soyqırımı Xocalı soyqırımının başlanğıcı idi
  33. Ermənistanın ərazi iddiaları və hərbi təcavüzünün başlanması: Malıbəyli və Quşçular kəndlərinin işğalından 24 il keçir
  34. ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyi Ermənistanın status-kvonu qoruyub saxlamaq siyasəti ilə üst-üstə düşür
  35. QARABAĞ MÜNAQİŞƏSİ VƏ QANLI 20 YANVAR FACİƏSİNƏ APARAN YOL
  36. Azərbaycanı QARABAĞSIZ təsəvvür etməyən dahi LİDER
  37. BMT necə və nə üçun yaradıldı?
  38. Ermənistanda siyasi, sosial-iqtisadi və demoqrafik böhranı şərtləndirən amillər
  39. Heydər Əliyev Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuşdur
  40. Heydər Əliyevin siyasi kursu yeni və dinamik inkişaf mərhələsində
  41. ŞUŞA: TARİXİ, İQTİSADİ, MƏDƏNİ VƏ STRATEJİ ƏHƏMİYYƏTƏ MALİK ŞƏHƏR
  42. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız orada tarixən yaşamış azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından sonra keçirilə bilər
  43. Türkiyənin Ermənistanla sərhəddini bağladıgı gündən 22 il keçir
  44. Böyük dövlətlər təcavüzkarın qarşısını almaq istəyirlərsə Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər
  45. 20 Yanvar - Xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  46. Azərbaycanın siyasi kursu: Güclü siyasi lider, novatorluq və dinamik inkişaf
  47. Dağlıq Qarabağa dair təkzibolunmaz mənbələrə əsaslanan fundamental elmi əsər
  48. Ermənistan beynəlxalq birliyin iradəsinə tabe etdirilməlidir
  49. Azərbaycanın düşünülmüş konseptual yanaşmaya söykənən xarici siyasəti və diplomatik uğurları
  50. ATƏT-in Misnk Qrupunun həmsədrlərinin fəaliyyət(sizliy)i
  51. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  52. ŞUŞA - Tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhər
  53. Kəlbəcərin Ağdaban kəndi Dağlıq Qarabağdan əvvəl işğal edilmişdi
  54. KƏLBƏCƏRİN İŞĞAL STATİSTİKASI
  55. Ermənilərin Azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım və təcavüzkar siyasətinin mərhələləri
  56. Qaradağlı soyqırımı - Xocalıya gedən yol
  57. Ermənistanın Azərbaycana təcavüzün nəticələri və XRONİKASI
  58. 20 Yanvar - Xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  59. Yuxarı Qarabağın zəbt olunması - Analitika
  60. Elçin Əhmədov: "Ermənilərin 22 il əvvəl törətdikləti cinayət terrorizmin zirvəsi idi"
  61. Azərbaycanın dinamik inkişafının əsas göstəriciləri
Şərh yaz




Enter Code*:

Son xəbərlər
Tramp Merkeli hədələyir
14:55 11.06/2018
 
Xəbər başlıqları
24-06-2018
23-06-2018
23.06.2018 Neft bahalaşıb
22-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8143 san