19:29 24 May 2018
Çap versiyası
...

ABŞ Prezidenti Donald Tramp Sinqapurda sammit keçirməkdən imtina etdiyi barədə Şimali Koreya lideri Kim Çen Ina məktub göndərib. Strategiya.az bildirir ki, bu barədə xarici KİV-lər xəbər yayıb.

“Təəssüf ki, sizin son bəyanatınızda nümayiş etdirdiyiniz böyük qəzəb və açıq düşmənçiliyə əsaslanaraq hesab edirəm ki, hazırda çoxdan planlaşdırılan görüşün keçirilməsi məqsədəuyğun deyil”, - deyə Ağ evin dərc etdiyi məktubda qeyd olunur.

ABŞ liderinin sözlərinə görə, bütün dünya və KXDR sülhə və tərəqqiyə nail olmaq yolunda böyük imkanı itirdi.

Xatırladaq ki, ötən həftə Vaşinqton və Seulun müştərək hərbi təlimləri səbəbindən KXDR-in gözlənilən görüşü ləğv edə biləcəyi barədə məlumat yayılsa da, ABŞ prezidenti tərəflərin sammitə hazırlıqlarını davam etdirdiyini bildirmişdi.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
İranda matəm elan edilib
08:25 24.09/2018
 
Xəbər başlıqları
24-09-2018
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava
22-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
4.9946 san