08:28 25 May 2018
1288 dəfə oxunub
Çap versiyası
...

Şimali Koreyalılar və ABŞ-ın liderləri arasında ikitərəfli sammitin hazırlanması üçün Sinqapura gəlmiş amerikalı məmurların səylərinə məhəl qoymayaraq ABŞ ilə əlaqələri dayandırıb və verdiyi vədləri yerinə yetirməyiblər. Bu barədə Ağ evdə məlumat verib.

ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla planlaşdırılan görüşü təxirə saldı.

Trend-in Röytersə istinadən verdiyi məlumata əsasən, Pxenyan verdiyi bir sıra vədləri pozub və ABŞ nümayəndələri ilə əlaqəni kəsib.

Bundan əlavə görüşün təxirə salınmasında Şimali Koreyanın Xarici İşlər nazirinin müavini Çxve Son Xi-nin sözləri də böyük rol oynayıb. O söyləmişdi ki, Pxenyan ABŞ-ya nüvə zərbəsi endirə bilər.

24 may tarixində Ağ ev Trampın Kim Çen Ina məktubunu yayıb. Orada deyilir ki, Koreya tərəfinin son bəyanatlardan sonra ikitərəfli görüşün keçirilməsi yersiz hesab olunur. Tramp əlavə etdi ki, Şimali Koreya lideri ilə gələcəkdə görüşəcəyinə ümid edir və Kim Çen Ina amerikanlı girovları azad etdiyi üçün təşəkkürünü bildirir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-06-2018
22-06-2018
22.06.2018 Neft bahalaşıb
21-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.1843 san