08:41 25 May 2018
Çap versiyası
...

İri layihələrdən birinə sürücü düzəltmək vədi ilə vətəndaşları aldadan şəxs tutulub.

 Strategiya.az-ın məlumatına görə, Gəncə şəhər sakinləri Elman Ağayev, Amin Nəbiyev və digər şəxslər paytaxtın Binəqədi rayon polis idarəsinə müraciət edərək Şəki sakini Rəşad Hacıyev tərəfindən aldadıldıqlarını bildiriblər.

 

Onlar polisə bildiriblər ki, Rəşad Hacıyev güya onları ''Socar'' şikətinin ''Tanap'' layihəsində sürücü kimi işə düzəldəcəyinə söz verərək ümumilikdə 42 min manat pul mənimsəyib. Saxlanılaraq polis idarəsinə gətirilən Rəşad Hacıyev özünün də aldadıldığını deyib. Onun sözlərinə görə, şirkətə işçi lazım olmasını ona tanışları Tural Xəlilov və Samir Məstəliyev deyib.

 

Polisdən verilən məlumata görə, bu işdə adı hallanan digər şəxslər hələ ki, saxlanılmayıb. Onların da tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür. Amma Rəşad Hacıyev barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanıb.

 

Qax və Göygöl polis də dələduzluq etməkdə şübhəli bilinən şəxsi tutub. Bu ilin yanvar ayında Murad Eyvazov Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək Elbrus adlı şəxsin ondan ərzaq məhsulları sifariş edib Qax rayonuna göndərilməsini xahiş edərək pulunu verəcəyinə inandırıb, etibarından sui-istifadə edərək ona 2500 manat dəyərində maddi ziyan vurduğunu bildirib.

 

Məsələ araşdırılması üçün aidiyyatı üzrə Qax Rayon Polis Şöbəsinə göndərilib. Polis əməkdaşları əməliyyat tədbiri nəticəsində əvvəllər də dələduzluq maddəsi ilə məhkum olunan Bakı şəhər sakini Babək Həsənovu saxlayıb. İlkin istintaq zamanı məlum olub ki, Babək Həsənov 2017-ci ildə Bakı şəhər sakinləri Əliyev İlham Məmmədağa oğluna qarşı özünü Azərsunun əməkdaşı kimi təqdim edərək 16 min manatlıq, Bağırov Namiq Nizami oğluna qarşı isə özünü gömrük xidmətinin əməkdaşı kimi təqdim edərək 5 min manatlıq dələduzluq edib.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
26-09-2018
25-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.8741 san