11:55 25 May 2018
1412 dəfə oxunub
Çap versiyası
...

Sabahdan Azərbaycanda 2018-2019-cu il üzrə ov mövsümü açıq elan edilir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ov mövsümü 2019-cu il martın 16-dək davam edəcək: "Ovçular nazirliyin yerli şöbələrinə zəruri sənədlərini tələb etməklə ov üçün icazə ala bilərlər. Ovçuluqla məşğul olmaq üçün ovçuluq bileti alınmalı, daha sonra isə müvafiq bank hesablarına rüsum ödənilməlidir. Yerli ovçular yalnız şənbə-bazar günləri ov edə bilərlər. Ovçular ov etdikdən sonra onların qənimətinə baxış keçirilir".

H.Əlizadə xarici ovçularla da bağlı məlumat verib:

"İlk növbədə nəzərə almaq lazımdır ki, xarici ovçular xarici turistlərdir. Qanunvericiliklə onların ov etməsinə icazə verilir. Ancaq xarici ovçu da Azərbaycanın qanunvericiliyinə əməl etməlidir".

 

H.Əlizadə deyib ki, xarici ovçular üçün ova görə tələb olunan rüsumların məbləği yerli ovçularla eynidir.

Nazirlik rəsmisi əlavə edib ki, xarici ovçular qaban, çöl quşları ovuna maraq göstərirlər.

ETSN-nin sektor müdiri İradə İbrahimova bildirib ki, ov mövsümünün açıq elan olması istənilən şəxsin ov edə biləcəyi demək deyil.

Onun sözlərinə görə, qanunvericiliyin tələblərini pozanlar cəzalandırılacaq.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Ağdaşda yanğın
08:47 17.08/2018
 
Xəbər başlıqları
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.028 san