16:30 25 May 2018
Çap versiyası
...

NASA Kosmik Agentliyi Yupiterdən Yunon zondu tərəfindən çəkilən maraqlı görüntüləri dərc edib. Alimlər qaz nəgənginin üzərində buludların necə hərəkət etdiyini göstərmək üçün bu şəkillərdən qısa, ancaq çox möhtəşəm rolik hazırlayıb.

 

Bu barədə Newsweek xəbər verib.

 

Hərəkət edən buludların göstərildiyi unikal rolik tamaşaçılardan əlavə elm adamları üçün də böyük məna kəsb edir. Onun köməyi ilə ekspertlər buludların sürətini və trayektoriyasını öyrənəcəklər, bu da qaz nəhəngində hava şəraitini müəyyənləşdirməyə imkan verəcək.

 

 

Bundan başqa NASA planetin qeyri-adi rakursdan şəklini də paylaşıb. Bu da Yupiteri təbii rəngli diapazonda görməyə imkan verəcək. Kadrda iri qırmızı ləkə – Yupiterin səthində nəhəng qasırğa əks olunub.

 

Qeyd edək ki, kosmik Yunon apparatı 2011-ci ildə göndərilib. 5 ildən sonra – 2016-cı ildə zond qaz nəhənginin orbitinə çatıb və burdan mütəmadi olaraq Yerə Yupiterin unikal fotolarını göndərir. /faktxəbər


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
26-09-2018
25-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.3377 san