20:33 25 May 2018
Çap versiyası
...

Fransada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlərdə iştirak edərək demokratik respublikanın tarixi ilə yaxından tanış olduq. Azərbaycan bir çox Avropa ölkələrindən də əvvəl demokratik prinsipləri həyata keçirib.

Bu fikri Heydər Əliyev Fondunun və ölkəmizin Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə Fransa Beynəlxalq Diplomatiya Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş konfransın iştirakçısı Anni d’Esker AZƏRTAC-a müsahibəsində söyləyib.

O bildirib ki, konfransda Azərbaycan Xalq Cümhuriyyəti, onun qurucuları, Paris Sülh Konfransında fəaliyyəti haqqında ətraflı məlumat verildi.

Anni d’Esker deyib: “Çox vaxt Qərb ölkələri özlərini hər şeyi bilən, qabaqcıl ideyalara malik kimi təqdim edir və digər dövlətlərə dərs verməyə çalışır. Amma bu sərgidə nümayiş olunan fotolar, yayımlanan film bizə hələ çox şeyi öyrənməyimizin lazım olduğunu göstərdi. Hətta mən burada öyrəndim ki, general de Qol fransız qadınlara səsvermə hüququ verilməsi təklifini Azərbaycandan ilhamlanaraq irəli sürüb. Bunu fransız senator qeyd etdi”.

 

Şəhla Ağalarova


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
15-10-2018
15.10.2018 Neft bahalaşıb
14-10-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
5.0657 san