20:58 25 May 2018
1229 dəfə oxunub
Çap versiyası
...

Helsinkidə fəaliyyət göstərən Mədəni İrs Akademiyasının rəsmi saytında (ACU) VI Qlobal Bakı Forumuna həsr olunmuş geniş məqalə dərc olunub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən  verilən məlumata görə, məqalənin müəllifi Helsinki Universitetinin professoru Eero Tarastidir.

Məqalədə Bakıda "İnklüziv cəmiyyətlər yaratmaq üçün boşluqların aradan qaldırılması" mövzusunda VI Qlobal Bakı Forumu barədə geniş məlumat verilib. Müəllif qeyd edir ki, forum zamanı dialoqun, səmimiyyətin, demokratiyanın, mədəniyyətlərarası qarşılıqlı əlaqələrin, bürün xalqların bərabərliyi, dözülməzliyin doğurduğu risklər müzakirə olunub. "Bu, artıq Bakıda bir çox dünya liderlərinin iştirakı ilə keçirilən VI forum idi. Məkan şəhərin ən gözəl binalarından birində yerləşən məşhur göydələn "Alov qüllələri" - "Fairmont" hoteli idi," - deyə müəllif yazır.

Forum çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Nizaminin mədəni irsi müasir dövrdə" adlı simpoziumun keçirildiyini diqqətə çatdıran müəllif qeyd edib ki, Nizami Azərbaycanın Gəncə şəhərində doğulub yaşadığından Azərbaycanın milli sərvəti hesab edilir.

 

Dünyanın müxtəlif ölkələrində milyonlarla azərbaycanlının yaşadığını vurğulayan E.Tarasti Azərbaycan dilinin Türk dilləri qrupuna aid olduğuna diqqət çəkir.

Məqalədə Azərbaycan milli musiqisi haqqında geniş məlumat verilir, muğam özünəməxsus ənənəvi musiqi janrı kimi səciyyələndirilir: "Muğam triosu 19-cu əsrdən etibarən Azərbaycanda geniş yayılmağa başlayıb. Muğamın Ü.Hacıbəyovdan başlayaraq klassik musiqi bəstəçilərinə böyük təsiri olub".

Zaqatala rayonuna səfəri haqqında da oxucularla təəssüratlarını bölüşən müəllif Şəki Xan Sarayı haqqında məlumat verir, Azərbaycanda bir çox milli azlıqların rahat və əmin-amanlıq şəraitində yaşadığına diqqət çəkir.

Qeyd edək ki, E.Tarasti fin əsilli musiqişünas alim, pofessor, semiotika üzrə mütəxəssisdir. Hazırda Helsinki Universiteti Musiqişünaslıq bölməsinin müəllimi olaraq fəaliyyət göstərir. O, 1978-ci ildə Helsinki Universitetində "Əfsanə və musiqi" adlı doktorluq dissertasiyasını Rixard Vaqner, Yan Sibelius, İqor Stavrinski yaradıcılığı əsasında müdafiə edib. Finlandiya və onun hüdudlarından kənarda 100-dən artıq beynəlxalq səviyyəli elmi tədbirin təşkilatçısıdır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-06-2018
22-06-2018
22.06.2018 Neft bahalaşıb
21-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6307 san