11:43 26 May 2018
1356 dəfə oxunub
Çap versiyası
...

Tərtər rayonunda Müvəkkil  Hüquq Mərkəzi tərəfindən  “Əmək müqaviləsi: gələcəyə təminat” adlı təlim keçirilib. 
 
Strategiya.az xəbər verir ki, təlim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirici tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutub.

Təlim Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas  Səməd Vəkilov tərəfindən aparılıb.

Təlimdə əmək müqaviləsinin mahiyyəti, onun tərəfləri, xidməti müqavilədən fərqli cəhətləri, onun necə bağlanması və xitam verilməsi, hüquqi qüvvəyə minməsi, əmək müqaviləsi bildirişinə elektron informasiya sistemində baxılması, hesablanmış əmək haqqından gəlir vergisinin və sosial ayırmaların hesablanaraq tutulması, ödənilməsi və bəyan edilməsi, vergi orqanına təqdim edilən bəyannamələrdəki işçi sayı və əmək haqları barədə məlumatların dəqiqləşdirilməsi və uyğunsuzluqların həlli, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işə cəlb edilmiş işçilərə görə işəgötürənə münasibətdə tətbiq edilən məsuliyyət tədbirləri, əmək müqaviləsinin rəsmiləşdirilməsinin işçi üçün üstün cəhətləri və əlavə mənbələr barədə məlumatlar verilmişdir.

Səməd Vəkilov qeyd edib ki, əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. İşçilər
işəgötürənlər tərəfindən onlara ödənilən qeyri-leqal əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. 

Təşkilatın sədr müavini Könül Quliyeva və əməkdaşı Gülər Qasımlı təlim iştirakçılarına  mövzu ilə bağlı müraciətlərdən nümunələr təqdim etmişlər.
Təlimdə iştirakçıları tərəfindən verilən suallarla bağlı və hüquqi məsləhətlər verilib.  

Təlim iştirakçılarına “Əmək müqaviləsi: gələcəyə təminat” adlı maarifləndirici  bukletlər paylanılıb. 
Qeyd edək ki, növbəti təlimlər Zaqatala və Lənkəranda keçiriləcək.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Bu rayonda su olmayacaq
10:47 23.06/2018
 
Xəbər başlıqları
24-06-2018
23-06-2018
23.06.2018 Neft bahalaşıb
22-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7191 san