00:48 28 May 2018
11065 dəfə oxunub
Çap versiyası
İbrahim Əliyev
Tarix üzrə fəlsəfə doktoru, dosent

 

 

 

Son günlər ssenarist Rüstəm İbrahimbəyovun ssenarisi əsaslnda hələ 2015-ci ildə çəkilmiş “Qafqaz üçlüyü” filmi ictimaiyyətin diqqətini özünə cəlb etdi. Uzun müddət tarixinin saxtalaşdırılması, problemlərinə münasibətdə ikili standartlar reallığı ilə üzləşmiş Azərbaycan oxucusunu və tamaşaçısını təəccübləndirən elə bir ciddi və dəyərli bir ideya, sanballı bir əsər ortalığa qoyulmasa da, bu faktda kifayət qədər ağrılı məqamlar mövcuddur. Əvvəla, düşmənin dilindən deyilmiş yalan və böhtanlar xoşagələn olmasa da, onun təsiri o qədər də böyük olmur. Düşmən düşməndir və ondan yaxşı bir şey gözləməyinə dəyməz. Məsələnin ağrılı cəhəti o idi ki, bu dəfə zərbə, həqarət, əllaməlik bizim özümüzünkündən gəlirdi. Azərbaycanın mədəniyyətindən bəhrələnərək, onun təməlində yetişmiş bir yaradıcı ziyalı öz xalqına qarşı yabançı mövqeyə keçərək, açıq-aşkar şəkildə öz xalqına həqarətlə, alçaldıcı münasibətini ortaya qoyur. 

Filmə baxanda müəlliflərin orada haqqında söhbət gedən hər bir xalqlara münasibətdə fərqli münasibəti açıq aşkar şəkildə özünü büruzə verir. Bu hisslər azərbaycanlı üçün yad deyil. Bu vaxta qədər mövcud olmuş imperiyalar dövründə hakimiyyətin qanadlarını öz üzərində hiss edən bəzi dırnaqarası “ziyalılar” çox zaman öz doğma xalqına yuxarıdan aşağı baxmış, hətta öz ana dillərində danışmaği özlərinə ar bilmişlər. Həmin insanlar cox zaman özləri haqqında yüksək fikirdə olur, özlərini elitar bir səviyyədə dayanan insan hesab etmişlər. Azərbaycanın əksər yüksək mükafatlarını almış və imtiyazlardan istifadə edən Rüstəm İbrahimbəyov həmin tip “ziyalılardan olduğunu” zaman-zaman büruzə vermiş, son olaraq çəkdiyi filmində özünün antiazərbaycan mahiyyətini nümayiş etdirmişdir.

Bütövlükdə, haqqında danışılan “Qafqaz üçlüyü” filminin nə ideyası, nə bədii keyfiyyətləri əvəzolunmazlığı ilə seçilmir. Əksinə, həqiqətə uyğun olmayan məsələlrin təlqin edilməsi, haqqdan uzaqlaşaılaraq qondarma bir ideyaya xidmət etmək cəhdi filmi daha da primitivləşdirir.

Mən filmin vacib bir cəhətinə diqqət yönəltmək istərdim. Bir tamaşaçı kimi öz təəssüratımı bölüşmək istərdim.Ola bilər ki, mənim  bu fikrimlə kimsə razılaşmasın, ancaq mən düşünürəm ki, filmin başlıca ideyası Qarabağ problemində erməni xislətini humanist bər-bəzəklə təqdim etmək, onların bu məsələdə mövqeyinə haqq qazandırmaqdan başqa bir şey deyildi. Bu mənada film alleqorik xarakter daşıyır və dolayısı yolla erməni məqsədi müdafiə edilir. Belə bir metod ermənilərə xasdır. Onlar həmişə bütün imkanlardan istifadə edərək insanların şüuruna təsir etməyə çalışırlar. Filmdə həmin dəst-xətt aşkar şəkildə görsənir.

Filmin qəhrəmanı Timur Qarabağı özündə simvolizə edir. Hansısa ədalətsiz səbəbdən Azəırbaycan tərkibində qalmış Qarabağa mənsub olduğu mənşəyinə qaytarmaq üçün ona erməni familiyasını qaytarmaq lazımdır. Lakin bu cəhd “geridəqalmış”, “vəhşi” azərbaycanlıların müqaviməti ilə üzləşir. Bununla belə  erməni atanın cəsarətli addımları sayəsində bu məqsəd reallaşır. Nəticədə ədalət bərpa olunur və erməni gənc Azərbaycan buxovlarından xilas olaraq öz soyadına və öz erməni ailəsinə qovuşur. Timurun atalığının dili ilə isə bu yekun alqışlanır: “Nəhayət ki mənim oğlum müdafiə olunacaq” , O qeyd edir ki, mən şadam ki mənim oğlum öz ailəsinə qayıtdı.

Rüstəm İbrahimbəyov məhz belə bir ideyanın müdafiəçisi kimi çıxış edir. Bütün mütərəqqi dünya ictimaiyyəti Azərbaycanın haqlı olduğunu qəbul etdiyi bir vaxtda, ermənilərin təcavüzkar olduğunu etiraf etdiyi bir vaxtda Azərbaycanın hörmətli ziyalısının hərəkəti Azərbaycana arxadan vurulan zərbədir.                                                   


Müəllifin digər yazıları

  1. YENİDƏNQURMA DÖVRÜNDƏ SSRİ-də ALKOQOLİZMƏ QARŞI MÜBARİZƏ VƏ ONUN NƏTİCƏLƏRİ HAQQINDA
  2. Qarabağ münaqişəsinin nizamlanmasının başlıca maneələrindən biri mövcud status-kvodur
  3. AZƏRBAYCANLI “ZİYALININ” ERMƏNİSAYAĞI GEDİŞLƏRİ
  4. Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçilik tarixində
  5. Ermənistanda dəyişikliklər nə vəd edir?
  6. Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt edilməsi tarixindən
  7. 2017-ci il: gözləntilər və nəticələr
  8. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI VƏ İNKİŞAFI DÖVRÜNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ
  9. 1980-ci İLLƏRDƏ SSRİ-də Y.ANDROPOV HAKİMİYYƏTİ VƏ ONUN İSLAHATLARI
  10. SSRİ-nin beynəlxalq münasibətlər sahəsində Heydər Əliyevin xidmətləri
  11. SSRİ-NİN İFLASININ SƏBƏB VƏ NƏTİCƏLƏRİ HAQQINDA
  12. AZƏRBAYCAN RESPUBLİKASI 25
  13. Müasir Azərbaycan dövlətçiliyində Konstitusiyalar
  14. Azərbaycanda müasir demokratik dövlətçiliyin təkamülü
  15. Qarabağ problemi son hadisələr işığında
  16. Müstəqil Azərbaycan Respublikasında turizmin inkişafı
  17. Azərbaycan Respublikasında dövlət-din münasibətlərinə dair
  18. Ali təhsildə keyfiyyətin müasir vəziyyəti və onun aktual problemləri
  19. Azərbaycanda III sektor və onun mövcud vətəndaş cəmiyyətində yeri
  20. AZƏRBAYCANDA MİLLİ DÖVLƏTÇİLİYİN DİRÇƏLİŞİ VƏ ONUN TARİXİ KÖKLƏRİ
  21. Postsovet məkanında müstəqil dövlətlərin yaranması və onların müasir dünya durumunda yeri
  22. “Erməni soyqırımı” əfsanəsi və müasir dövrdə onun hədəfləri
  23. BEYNƏLXALQ ALƏMDƏ AZƏRBAYCANA QARŞI TƏZYİQLƏRİN ARTMASI VƏ ONUN REAL MAHİYYƏTİ
  24. Müasir dünya durumunda Azərbaycanin aktual problemləri
  25. Müasir Azərbaycan beynəlxalq norma və prinsiplər kontekstində
  26. Azərbaycan Respublikasında təhsilin aktual problemləri - EKSKLÜZİV
  27. Prezidentin çıxışı söykəndiyi reallıqlarla güclü idi
  28. Qarabağ münaqişəsi ətrafında bəzi mülahizələr
  29. Yenidənqurma dövründə Sovetlər İttifaqında milli məsələ və etnik konfliktlər
  30. DAĞLIQ QARABAĞ KRIM DEYİL ...
  31. Sovet xalqının insanların yeni tarixi birliyi olmasiı haqqında tezis və onun 1970-80-ci illərində sovet dövlətinin milli siyasətində yeri
  32. AZƏRBAYCANIN HAZIRKI İNKİŞAF KURSUNA ALTERNATİV YOXDUR
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7082 san