12:43 29 May 2018
2276 dəfə oxunub
Çap versiyası
Vüqar Seyidov
Tarix üzrə fəlsəfə doktoru

Almaniyada nasistlərin dövründən qalmış kilsə zəngləri ilə bağlı qalmaqal almanlar üçün də xoşagəlməz sürpriz olub. Üzərində nasistlərin simvolikası, Hitlerə həsr edilmiş mədhiyyələr və digər qadağan edilmiş elementlər olan kilsə zənglərinin alman kilsələrində hələ də asılması barədə nə üçün məhz indi söhbətlər gedir? Məgər bu zəngləri indiyə qədər görmürdülər?

Əvvələn, bu problemin miqyasını yaxşı təsəvvür etmək lazımdır. Almaniyada 45 mindən çox katolik kilsəsi və yevangelik kilsə var. Tənqid obyekti olmuş kilsə zəngləri isə, “Spiegel” jurnalının xüsusi sorğusuna alınmış cavablardan göründüyü kimi, hələlik yalnız 23 kilsədə aşkar edilib. Hərçənd, belə zənglərin sayı çox ola bilər, ona görə ki, kilsə zənglərinin üzərindəki yazılar və təsvirlər barədə informasiyanı kilsələrin, icmaların, sinodların və yepiskopluqların heç də hamısı qeydə almır. Adi dindarlar isə yuxarıda asılmış zənglərin üzərində nə yazıldığını və nə təsvir edildiyini ümumiyyətlə görmürlər. Bundan əlavə, kilsələrin daxilində ideoloji ikonoqrafiyaya çox vaxt diqqət yetirmirlər.

Berlinin Mariyendorf rayonunda yerləşən Martin Lüter memorial kilsəsi bu baxımdan nümunə sayıla bilər. 1933-1935-ci illərdə, yəni nasional-sosialistlər hakimiyyətə gələndən dərhal sonra inşa edilmiş bu kilsənin daxili interyerində müvafiq simvollar çoxdur: Kaşı üzərində truba çalan mələklər – imperiya qartalının təsviri ilə yanaşı kilsə kafedrasının taxta relyefində, İsa peyğəmbərin arxasında Vermaxtın əsgəri təsvir edilib, tavanda “Dəmir xaç” şəklində şamdan asılıb. İkinci Dünya müharibəsi başa çatandan sonra bütün svastika təsvirləri məhv edilib, lakin başqa simvollar qalıb. Bu məsələ yalnız 1980-ci illərdə ciddi söhbət mövzusuna çevrilib.

Memarlıq və tarix abidələrinin qorunması idarəsi “kədərli keçmişin simvolları”nın götürülməsinin əleyhinə çıxış edib. O vaxt icma şurası bu simvolikanın əvəzinə polşalı bir rəssamın çəkdiyi kollajları alıb. Həmin kollajlarda İsa peyğəmbərin keçdiyi əzablı yolun rəmzi kimi, Osvensim əsir düşərgəsinin qapılarından krematori sobalarına qədər olan yol təsvir edilib. Polşalı rəssamların eyni mövzuya həsr edilmiş bu və ya digər işləri, habelə nasistlərin törətdiyi cinayətlərdən bəhs edən sənədlər hazırda bu kilsədə keçirilən memorial sərgilərin eksponatlarıdır.

1933-cü ildə, yəni nasional-sosialistlərin hakimiyyətə gəldiyi dövrdə Kayzerslautern yaxınlığındakı kiçik Melingen şəhərində asılmış kilsə zənginin üzərində heç bir svastika yoxdur, lakin “Üçüncü Reyxdə hazırlanıb” sözləri yazılıb. Berlinin Şpandau rayonunda 1934-cü ildə quraşdırılmış kilsə zənginin üzərində İlahiyyatçı İohannın “Bizim inamımız dünya üzərində qələbədir” sözləri isə ümumiyyətlə silinib.

1938-ci ildə hazırlanmış, Baden kəndlərinin birində qoyulmuş kilsə zəngində isə “Böyük Almaniyanın birləşdiyi ildə hazırlanıb” sözləri yazılıb. Bu halda nasional-sosialistlərin “Böyük Almaniya”nın tərkib hissəsi hesab etdikləri Avstriyanın Almaniyaya zorla birləşdirilməsi siyasəti nəzərdə tutulur. Bu zəng də “şübhəlilər” kateqoriyasına aid edilib.

İcmalar bu zənglərlə necə rəftar edəcəklər? Bəzi kilsələrdə, məsələn Ştutqart yaxınlığındakı Virnshaym-Serrest şəhərində simvolları və yazıları silirlər. Başqa yerlərdə, məsələn Berlinin Şpandau rayonunda, Saarada Rilhingen kəndində və ya Aşağı Saksoniyanın Fasberq adlı yaşayış məntəqəsində kilsə zənglərini yeniləri ilə əvəz edirlər. Kilsə zənglərinin dəyişdirilməsi çox vaxt icmaların maliyyə imkanlarından xaric olduğu üçün bu işləri yerli sinodlar maliyyələşdirir.


Müəllifin digər yazıları

  1. AFR DİN rəhbəri federal kanslerə güzəşt edir
  2. Almaniyada Hitler dövrünün kilsə zəngləri hələ də qalır
  3. Səmimi, amma nəticəsiz olmuş görüş
  4. Berlin Ukrayna tranzitinin saxlanılmasında israrlıdır
  5. Almaniyanın yeni hökumətinin prioritetləri nələrdir?
  6. BMT Təhlükəsizlik Şurasının “Afrin çoxgedişlisi”
  7. Deyəsən Avropa dağılır
  8. Almaniya hökuməti Hanoy hakimiyyət orqanlarını kəskin tənqid edib
  9. Almaniyada erməni fırıldaqları
  10. Avropa İnsan Haqları Məhkəməsi erməni mif yaradıcılığı barədə növbəti qərar çıxarıb
  11. Almaniyada hansı hərəkətləri etmək olmaz?
  12. Ermənistan nümayəndə heyəti Brüsseldən əliboş qayıdıb
  13. AFR Prezidenti Moskvaya səfər edəcək
  14. Hazırda Almaniya iqtisadiyyatı nə vəziyyətdədir?
  15. Tehran, Moskva və Ankara İdlibdə təhlükəsizliyə dair mövqelərini tutuşdururlar
  16. Almaniyada erməni kredit mafiyası ifşa edilib
  17. Almaniyada qaçqınlar işləyən müəssisələrin sayı üçqat artıb
  18. Dünya güclü kiberhücuma məruz qalıb
  19. Almaniyanın ən kiçik seçki məntəqəsi - xalliq Gröde
  20. Almaniyalı ekspertlər Angela Merkelin Soçiyə səfərinə münasibət bildirirlər
  21. Ksenofob zabitin suriyalı qaçqın adı altında terror aktı hazırlaması ehtimal edilir
  22. Berlin İsraillə diplomatik qalmaqala səbəb olub
  23. “Avropanın nəbzi” həftənin bazar günlərində Almaniya küçələrində hökmranlıq edir
  24. Alman mətbuatında Xocalı soyqırımı ilə bağlı müxtəlif məqalələr dərc edilib
  25. Almaniyada prezidenti necə seçirlər?
  26. Donald Trampın himayəçiliyi Almaniya biznesini narahat edir
  27. Konyakdan narkotiklərədək və ya ermənilərin rüsvayçılıq girdabından çıxmaq üçün konvulsiv cəhdləri
  28. Angela Merkel Avropa İttifaqını “Brexit”dən sonra birliyə çağırıb
  29. “Eurasia News” portalı Azərbaycan əsgərinin cəsədinin ermənilər tərəfindən təhqir olunmasından yazır
  30. Potensial terrorçular güclü müşahidə altındadırlar
  31. Berlindəki hadisə terror aktıdırmı?
  32. AFR DİN: Almaniya terrorçuların hədəfindədir
  33. Drezden sarayında ən məxfi illik forum keçirilir
  34. Oxfam: dünyada sosial təbəqələşmə kəskinləşir
  35. Soyqırımı kim-kimə qarşı törətmişdir? 1914-1922-ci illərdə qətlə yetirilmiş dinc ermənilərin və müsəlmanların sayı məsələsinə dair
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7368 san