20:10 10 İyun 2018
1882 dəfə oxunub
Çap versiyası
...

İyunun 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı yeni tamaşa ilə çıxış edəcək.

Teatrın mətbuat xidmətindən  bildirilib ki, Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı pyesi əsasında hazırlanmış “Kimdir müqəssir?!” adlı tamaşaya rejissor Elşən Zeynallı quruluş verib.

Premyera Dövlət Gənc Tamaşaçılar Teatrının binasında oynanılacaq.

Tamaşada kiçik bir ailənin timsalında böyük bəşəri problemlər, insanın təkamül yolu, qadın-kişi münasibətlərindəki anlaşılmazlıqların doğurduğu faciələr əks olunur.

Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli, rəqslərin quruluşçusu Könül Şahbazovadır.

Rolları aktyorlar Niyaz İlyasoğlu, Məlahət Əhməd, Əli Qulu Səmədov və başqaları ifa edirlər.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Əməkdar artist vəfat edib
17:28 02.08/2018
 
Xəbər başlıqları
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6159 san