20:54 11 İyun 2018
Çap versiyası
...

İki gündür Şamaxıya yağan güclü leysan yağışından sonra dağlardan gələn sel suları rayonunun Mədrəsə kəndini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun bağlanmasına gətirib çıxarıb. Yaxınlıqdakı həyətlərə də su dolub. Əraziyə texnikalar cəlb olunub.

Güclü yağışlardan sonra yaranan sel fəsad törədib.

Şamaxı rayonunun Mədrəsə kəndini rayon mərkəzi ilə birləşdirən avtomobil yolu suyun altında qalıb. Nəticədə yol bir neçə saat bağlı qalıb. Çökək ərazidən keçən yol və ordaki körpünün üstü su və qalın lil qatı ilə örtüldüyü üçün kəndə gedib-gələn avtomobillərin hərəkəti məhdudlaşib.Su yaxınlıqdakı həyətlərə də dolub.

Sakinlərin sözlərinə görə qəfildən gələn sel-suları piyadalara və mal qara üçün də təhlükə yaradıb. Körpünü keçmək istəyən bəzi sürücülərə ciddi ziyan dəyib, avtomobillərin mühərriki sıradan çıxaraq suyun ortasında qalıb.

Rayondan kəndə sərnişin daşıyan avtobusun da mühərriki siradan çixıb. Bir saata yaxın sərnişinlər avtobusun içində gözləməli olublar. Sakinlər tərəfindən əraziyə çağrılan texnika vasitəsi ilə avtobus sudan çixarılıb və sərnişinlər kəndə piyada getməli olublar. Rayon fövqəladə hallar komissiyasının sədri Qasım Qasımov "Xəzər Xəbər"ə bildirib ki, əraziyə texnikalar cəlb olunub.Yoldakı problem aradan qaldırılıb. Lakin yenidən güclü yağış yağarsa eyni problem yaşana bilər.

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
26-09-2018
25-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.7572 san