21:42 11 İyun 2018
4047 dəfə oxunub
Çap versiyası
...

Tərbiyəçi bir neçə uşağa işgəncə verərək onları döyür. Bağçada quraşdırılan müşahidə kamerasına düşən bu hadisə paytaxtın Yasamal rayonunda yerləşən özəl "Kids Studio" bağçasında baş verib. Araşdırma zamanı məlum olub ki, ümumiyyətlə bu bağçanın fəaliyyət üçün lisenziyası da yoxdur.

Uşaqların birinin üzünə sillə vurur, digərinin qulağını çəkir, başqa birini isə qolundan tutaraq itəliyir. Bu hərəkətləri edən özəl uşaq bağçasında tərbiyyəçi işləyən bu xanımdır.

Hadisə Paytaxtın Yasamal rayonu Kazım Kazımzadə küçəsində yerləşən "Kids Studio" adlı özəl uşaq bağçasında baş verib. Baş verənlər bağçanın içərisində quraşdırılan təhlükəsilik kamerasına düşüb. Kadrlardanda aydın görünür ki, tərbiyyəçi müxtəlif vaxtlara uşaqlara fiziki güc tətbiq edir.

Hadisənin təfərrüatlarını araşdırmaq üçün üz tutduq adıçəkilən bağçaya. Orda çalışanlar bizi görən kimi qapını bağlayıb gizlənməyə çalışdılar. Sonradan bağçanın müdiri Nigar Müseyibova ilə telefon əlaqəsi qura bildik. O , ldirdi ki, uşaqlara işgəncə verən Füruzə Tağıyeva ad-soyadlı bir tərbiyyəçi olub. O, artıq işdən uzaqlaşdırlıb.

Bağçada baş verənləri onlayn qaydada izlədiyini bildirən Nigar Müseyibova deyib ki, bu hadisədən ümumiyyətlə xəbəri olmayıb. İqtisadiyyat Nazirliyindən isə bildirilib ki, 2015-ci ilin noyabrın 2-dən "Kids studio" uşaq bağçasına bu fəaliyyət üçün lisenziya qeydə alınmayıb. Uşaq bağçasının müdiri Nigar Müseyibova isə "XəzərXəbər”ə onların qanuni fəaliyyət göstərdiyini desə də, lazımi sənədləri tələb etdikdə o, sənədlərin yanında olmadığını bildirdi.

Yasamal rayon icra hakimiyyətinin nümayəndələri də bu gün bağçaya baş çəkərək hadisə ilə maraqlanıblar. Ailə,Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsindən isə tərbiyəçinin uşaqlara qarşı zorakılıq etməsini özündə əks etdirən görüntülərə münasibət bildirilib. Bildirilir ki, uşaqlara qarşı zorakılığı törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində aidiyyəti qurumlarla birgə araşdırmaya başlanılıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-06-2018
19.06.2018 Neft ucuzlaşıb
19.06.2018 Astarada faciə
18-06-2018
18.06.2018 Neft ucuzlaşdı

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.3872 san