11:50 12 İyun 2018
5558 dəfə oxunub
Çap versiyası
İbrahim Əliyev
Tarix üzrə fəlsəfə doktoru, dosent

 

Qarabağ münaqişəsinin səbəbləri, işğalçı Ermənistanın məqsədləri, burada marağı olan dövlətlərin qərəzli mövqeləri neçə illərdir ki, göz qabağındadır. Müxtəlif qüvvələrin fərqli gedişləri artıq heç kimi şübhələndirmir. Atılan addımlar, edilən bəyanatlar, beynəlxalq təşkilatların bu məsələdə səmərəsiz fəaliyyəti onların səmimiliyinə və münaqişənin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun ədalətli həllinə çalışdıqlarına ümid yeri qoymur. Yenə də o nəticəyə gəlirsən ki, problemin həllinin yeganə yolu Azərbaycanın öz süveren hüquqlarını təmin etməsi və ərazi bütövlüyünün bərpası üçün hərbi güc tətbiq etməkdən keçir.

Dünyada artıq heç kim üçün sirr deyil ki, Qarabağ münaqişəsinin həqiqi səbəb və məqsədləri hər yerdə demoqoqcasına bəyan edilən milli hüquq, burada yaşayan insanların həqiqi problemləri deyildir. Düzdür, milli maraqlar realdır, Azərbaycan öz müstəqilliyi uğrunda mübarizə aparır, işğal olunmuş ərazilərini geri qaytarmaq üçün çalışır. Ermənilər göstərdikləri xəyanətkar “xidmət” müqabilində Qarabağ torpaqlarını ələ keçirmək istəyirlər. Lakin bu amillərin heç biri münaqişənin əsl məqsədi və səbəbi deyildir. Ortalıqda daha qlobal məsələlər və yad maraqlar dayanır. Buna görə də mövcud durum hərbi və geosiyasi cəhətdən elə qurulubdur ki, həmin qüvvələrin iradəssi olmadan onu həll etmək mümkün olmasın. Azərbaycanın ərazilərinin xeyli hissəsinin işğal olunduğu şəraitdə tərəflərin hər ikisinin kompromisə dəvət olunması, belə bir kompromisi qeyri-real edir. Dağlıq Qarabağ ərazisindən də kənarda xeyli ərazilərin işğalı Ermənistanı avantürist mövqeyə həvəsləndirir və onlarda üstünlükləri haqqında illüziya yaradır. Ermənistan hakim təbəqələrinin belə bir şəraitdə reallığı qəbul edərək bu yalançı üstünlükdən imtina etməsi Ermənistan cəmiyyətində onlar haqqında satqın təsəvvürü yaradır. Buna görə də onların hərbi müstəvidə üstün təsəvvürə əsas verən durumun yaradılması ermənilərin reallıqla barışmasını və konstuktiv mövqe tutmasının qarşısını alır.

Mövcud durumda Azərbaycanın hansısa güzəştə getməsi ağlasığmazdır. Azərbaycanın təklif etdiyi güzəşt – Qarabağ ermənilərinə ən yüksək muxtariyyətin verilməsi əslində Qarabağ ermənilərinin qazana biləcəyi ən yaxşı nəticə ola bilər. Ondan artığına ümid etmək münaqişənin uzanmasından və onun həllinin müşkülə düşməsindən başqa bir şey vermir.

Problem isə ondadır ki,  mövcud status-kvo ermənilərin uğuru və ya fəaliyyətinin nəticəsi deyildir. O durum qəsdən, dəqiq hesablamalar nəticəsində yaradılmışdır. Qarabağ müşkülünün həlli həmin status-kvonun dəyişdirilməsindən keçir. O, dəyişdirilmədən məsələnin hər iki münaqişə tərəfini qane edən və məsəlnin ədalətli həlli mümkün deyildir. Bu durum isə münaqişədən bilavasitə əziyyət çəkənlərin deyil, bu münaqişədə məxsusi maraqları olan dövlətlərin  marağına xidmət edir.


Müəllifin digər yazıları

  1. Qarabağ münaqişəsinin nizamlanmasının başlıca maneələrindən biri mövcud status-kvodur
  2. AZƏRBAYCANLI “ZİYALININ” ERMƏNİSAYAĞI GEDİŞLƏRİ
  3. Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçilik tarixində
  4. Ermənistanda dəyişikliklər nə vəd edir?
  5. Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt edilməsi tarixindən
  6. 2017-ci il: gözləntilər və nəticələr
  7. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI VƏ İNKİŞAFI DÖVRÜNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ
  8. 1980-ci İLLƏRDƏ SSRİ-də Y.ANDROPOV HAKİMİYYƏTİ VƏ ONUN İSLAHATLARI
  9. SSRİ-nin beynəlxalq münasibətlər sahəsində Heydər Əliyevin xidmətləri
  10. SSRİ-NİN İFLASININ SƏBƏB VƏ NƏTİCƏLƏRİ HAQQINDA
  11. AZƏRBAYCAN RESPUBLİKASI 25
  12. Müasir Azərbaycan dövlətçiliyində Konstitusiyalar
  13. Azərbaycanda müasir demokratik dövlətçiliyin təkamülü
  14. Qarabağ problemi son hadisələr işığında
  15. Müstəqil Azərbaycan Respublikasında turizmin inkişafı
  16. Azərbaycan Respublikasında dövlət-din münasibətlərinə dair
  17. Ali təhsildə keyfiyyətin müasir vəziyyəti və onun aktual problemləri
  18. Azərbaycanda III sektor və onun mövcud vətəndaş cəmiyyətində yeri
  19. AZƏRBAYCANDA MİLLİ DÖVLƏTÇİLİYİN DİRÇƏLİŞİ VƏ ONUN TARİXİ KÖKLƏRİ
  20. Postsovet məkanında müstəqil dövlətlərin yaranması və onların müasir dünya durumunda yeri
  21. “Erməni soyqırımı” əfsanəsi və müasir dövrdə onun hədəfləri
  22. BEYNƏLXALQ ALƏMDƏ AZƏRBAYCANA QARŞI TƏZYİQLƏRİN ARTMASI VƏ ONUN REAL MAHİYYƏTİ
  23. Müasir dünya durumunda Azərbaycanin aktual problemləri
  24. Müasir Azərbaycan beynəlxalq norma və prinsiplər kontekstində
  25. Azərbaycan Respublikasında təhsilin aktual problemləri - EKSKLÜZİV
  26. Prezidentin çıxışı söykəndiyi reallıqlarla güclü idi
  27. Qarabağ münaqişəsi ətrafında bəzi mülahizələr
  28. Yenidənqurma dövründə Sovetlər İttifaqında milli məsələ və etnik konfliktlər
  29. DAĞLIQ QARABAĞ KRIM DEYİL ...
  30. Sovet xalqının insanların yeni tarixi birliyi olmasiı haqqında tezis və onun 1970-80-ci illərində sovet dövlətinin milli siyasətində yeri
  31. AZƏRBAYCANIN HAZIRKI İNKİŞAF KURSUNA ALTERNATİV YOXDUR
Şərh yaz




Enter Code*:

Son xəbərlər
Tramp Merkeli hədələyir
14:55 11.06/2018
 
Xəbər başlıqları
21-06-2018
20-06-2018
20.06.2018 Yay gəlir...
20.06.2018 Neft bahalaşıb
20.06.2018 Həbs edildi
19-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8532 san