12:37 12 İyun 2018
Çap versiyası
...

KXDR lideri Kim Çen Inın və ABŞ Prezidenti Donald Trampın kortejləri bir qədər əvvəl tarixi sammitin keçirildiyi Sinqapurun Sentosa adasını tərk edib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Donald Tramp ötən günün “çox gözəl” keçdiyini deyib. “Biz gözəl gün keçirdik və ölkələrimiz haqda çox şey öyrəndik”, - Tramp belə deyib. Sammitin nəticələri ilə bağlı mətbuata sonra məlumat verəcəyini bildirən Donald Tramp Kim Çen Inla hələ çox görüşəcəklərini də vurğulayıb.

Xatırladaq ki, bir qədər əvvəl Sinqapurun Sentosa adasındakı “Capella” otelində ABŞ və KXDR liderlərinin tarixi görüşü baş tutub. Geniş tərkibli rəsmi danışıqlar demək olar ki, iki saat davam edib. İki liderin böyük maraqla gözlənilən təkbətək görüşü isə 35 dəqiqə sürüb. Tərəflər danışıqların yekunları barədə məzmunu hələlik açıqlanmayan birgə sənəd imzalayıblar.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-10-2018
15-10-2018
15.10.2018 Neft bahalaşıb
14-10-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.6548 san