14:12 12 İyun 2018
1097 dəfə oxunub
Çap versiyası
...

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Şimali Koreyaya qarşı 300 mövzuda sanksiya tətbiq edilməsini dayandırıb.

 

Bu barədə o, bu gün keçirdiyi mətbuat konfransında bəyan edib.


"Mənim əlimdə 300 sanksiya var idi. Lakin onları irəli sürməmək qərarına gəldim. Çünki bu, apardığımız danışıqlara hörmətsizlik olardı. Amma biz sanksiyalar tətbiq etmək imkanımızı saxlayırıq.” – deyə Tramp bildirib. 

O, həmçinin vurğulayıb ki, əgər Pxenyanla danışıqlar düzgün istiqamət üzrə getsə, ABŞ Cənubi Koreya ilə hərbi təlimləri də dayandıracaq. 

Qeyd edək ki, Sinqapurda keçirilən ABŞ-Şimali Koreya tarixi sammiti yekun sənədin imzalanmasilə başa çatıb. Trampla Kim Çen In sammit çərçivəsində bəyan ediblər ki, bundan sonra ABŞ-la Şimali Koreya arasındakı münasibətlər əvvəlkindən daha fərqli olacaq və sammitin nəticələri tezliklə müsbət nəticələrini verəcək.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-06-2018
19.06.2018 Neft ucuzlaşıb
19.06.2018 Astarada faciə
18-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9109 san