08:43 13 İyun 2018
1193 dəfə oxunub
Çap versiyası
...

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Mətyü Gaetz (Florida – Respublikaçı) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, konqresmen Mətyü Gaetz çıxışının əvvəlində Azərbaycanın müstəqilliyinin 100 illiyinin qeyd olunduğunu diqqətə çatdıraraq, ABŞ-Azərbaycan münasibətlərinin önəm və əhəmiyyətini xüsusi vurğulayıb.

Azərbaycanın tarix boyu Sovet İttifaqı istilasına qarşı olduğu konqresmen tərəfindən bildirilib. Ölkəmizin qadınların seçki hüququnun təmin edilməsi sahəsində ilklərdən olduğu, Azərbaycanın müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası qurduğu çıxışda qeyd edilib.

Azərbaycanın günbəgün müdafiə, əkskəşfiyyat və terrorçuluq əleyhinə mübarizə sahəsində əməkdaşlıq etdiyi, 11 sentyabr hadisələrindən sonra ABŞ-a təmənnasız dəstək verdiyi diqqətə çatdırılıb.

Konqresmen Gaetz çıxışın sonunda Azərbaycan xalqının tərəqqisinin və ABŞ-la möhkəm münasibətlərinin növbəti 100 ildə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Cəbhədən SON XƏBƏR
09:46 18.08/2018
 
Xəbər başlıqları
20-08-2018
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6549 san