10:42 13 İyun 2018
869 dəfə oxunub
Çap versiyası
...

Qarşıdan gələn Ramazan bayramı günlərində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

 

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) açıqlamasında bildirilir ki, bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi ölkə vətəndaşları dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər.


Bununla əlaqədar olaraq, Ramazan bayramı günlərində (14-19 iyun) ADY-nin Sərnişin daşımaları departamentinin kollektivi gücləndirilmiş iş rejimində çalışacaq.

Sərnişin qatarlarında xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub. Ramazan bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulması təmin ediləcək.

"Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir", - deyə qurum bəyan edir. 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-06-2018
20-06-2018
20.06.2018 Yay gəlir...
20.06.2018 Neft bahalaşıb
20.06.2018 Həbs edildi
19-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8909 san