12:39 13 İyun 2018
2117 dəfə oxunub
Çap versiyası
...

Şabranda yol qəzası baş verib.

 Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı “Mercedes” markalı yük maşını eyni markadan olan minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik maşınında olan Şabran sakinləri Anar Həmidli, Məcnun Quliyev və Sadiq Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Şabran Rayon Mərkəzi Xəstəxanasına gətirilib və onlara müvafiq tibbi yardım göstərilib. 

Xəstəxanadan bildirilib ki, yaralılardan sürücü Anar Həmidli kəllə-beyin travması aldığından vəziyyəti ağır qiymətləndirilir. Digər iki yaralının xəsarətləri isə nisbətən yüngüldür.

Hadisə şahidi: “Kənddən çıxırmış, toqquşublar. Maşınlar kalonla gəlirdi. Toqquşub, mator gedib düşüb arxın içinə. Qan var burada. Uşaqları da aparıblar xəstəxanaya. İndi biz də gedirik ora”.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Yay gəlir...
15:22 20.06/2018
 
Xəbər başlıqları
21-06-2018
20-06-2018
20.06.2018 Yay gəlir...
20.06.2018 Neft bahalaşıb
20.06.2018 Həbs edildi
19-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.1023 san